Icma.az
close
up
RU
Anı əbədiləşdirən peşəkarın sənət qalereyası

Anı əbədiləşdirən peşəkarın sənət qalereyası

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rauf Umudov – 70

...Onunla hər şeydən danışmaq olar. Dostluqdan, sənətdən, həyatın dolanbaclarından, dünyanın gərdişindən. Amma bir mövzu var ki, ondan ötrü ömrünün mənası yaşam tərzidir və bu barədə danışanda çöhrəsi nurlanır, baxışları durulur, gözlərini xəfifcə qırpmağa başlayır. Eynilə fotoaparatın obyektivi kimi...

O, Azərbaycan fotoqrafiya sənətində özünəməxsus dəst-xətti ilə seçilən, həm klassik, həm də müasir təsviri yaradıcılığın çalarlarını ağ-qara fotoşəkillərdə uzlaşdırmağı bacaran sənətkarlardandır. Söhbət Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini, bu peşədə sözünü demiş Rauf Umudovdan gedir. Bir gözqırpımlıq anı ustalıqla yaxalayan, əsərlərinə “Rauf Umud” imzasını qoyan sənətkar bugünədək çalışdığı yaradıcı kollektivlərdə özü haqqında yalnız nikbin təəssürat, xoş xatirə buraxıb.

...Rauf Umud ekstrim şəraitdə işləməyə öyrəncəli sənətkardır. Ötən əsrin 80-90-cı illərinin populyar “Gənclik” jurnalının fotomüxbiri, 34 yaşlı Rauf 1990-cı il 20 yanvar gecəsi işğalçı Sovet ordusunun dinc əhaliyə divan tutmasını, eləcə də şəhidlərin dəfn mərasimindən ürəkparçalayan səhnələri təkcə fotoobyektivin deyil, həm də tarixin yaddaşına köçürüb. Bu, sadəcə, redaksiya tapşırığı deyil, böyük cəsarət və ürək tələb edən missiya idi. Sonrakı nəsil “qırmızı imperiya”nın Azərbaycanın paytaxtında törətdiyi vandalizmin miqyasını həm də Rauf Umudun lentə aldığı müdhiş kadrlarla təsəvvüründə canlandırır.

EPİZOD: Onun Şəhidlər Xiyabanında 7 yaşlı qız uşağının 14 yaşlı İlqarın məzarı başında qəfildən hönkürüb ağlamasını əks etdirən “Fəryad” foto-etüdü Fransanın Nant şəhərində keçirilən müsabiqədə yüksək mükafata layiq görülüb.

Fotoqrafiya çevikliklə yanaşı, dözüm və təmkin də tələb edir. Özünün dediyinə görə, bəzən nadir təbiət hadisəsini “yaxalamaqdan” ötrü Azərbaycanın hansısa bölgəsində saatlarla deyil, günlərlə gözləməli olub. Amma sonda səbir təbiətin şıltaqlığına “qalib gəlib” və o, istədiyi anı lentə köçürüb.

Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini R.Umudov həm də təcrübəli pedaqoq, sənətinin sirlərini gənclərə səxavətlə öyrədən ustaddır. 165 yaşına çatmış Azərbaycan fotoqrafiya sənətinin görkəmli nümayəndəsi, 70 yaşını qürurla qarşılayan peşəkar, ürəyi daim vətənpərvərlik duyğusu ilə döyünən dəyərli həmkarımız belə deyir: “Fotoqrafiya sənətinə yalnız kommersiya vasitəsi kimi yox, həm də dərin fəlsəfi məna daşıyan sənət sahəsi kimi yanaşmağa ehtiyac var”.

...Şəxsiyyət və sənətkar. Rauf Umudov bir çox hallarda üst-üstə düşməyən bu iki məfhumun vəhdət təşkil etdiyi nöqtədə dayanmağı bacaran peşəkarlardandır. Bunu onunla 35 ilin tanışı, yaradıcılığının bütün mərhələlərini izləmiş şahid kimi əminliklə deyirik.

Düşünürük ki, əlində fotoaparat ömrünün 70-ci epizodu ilə üz-üzə duran Rauf Umudun anın peşəkarı kimi yaradıcılığı boyu obyektivinin gözünə tuş gələn bütün kadrları avtoportret janrına aid etmək olar. Həmin ağ-qara portret-tablodan seyrçilərlə nadir anları fotoya çevirmək şövqü ilə alışıb-yanan 70 yaşlı sənətkarın xeyirxah və müdrik baxışları danışır...

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2026 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri