Icma.az
close
up
RU
Hökümənin qəhrəmanlığını əbədiləşdirən sərnişin O OLMASAYDI...

Hökümənin qəhrəmanlığını əbədiləşdirən sərnişin O OLMASAYDI...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sübxonkul Rəhimov dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsinin qəzaya uğrayan sərnişinlərindən biridir.

Tacikistan əsilli bu şəxs 24 ildir Rusiyada yaşayır və orada vətəndaşlıq alıb.
Qəza ərəfəsində təyyarənin göyərtəsindən çəkilib yayılan videoda Sübxonkul Rəhimov uca səslə Allaha dua etməsi və kəlmeyi-şəhadət oxuması ilə yadda qalıb.
Yəqin ki, onun əks olunduğu videokadrlar sosial şəbəkələrdə çoxlarının qarşısına çıxıb.
Sübxonkul Rəhimov qəzadan yüngül xəsarətlərlə sağ qurtulan 29 nəfərdən biridir.
Həmin videonu mobil telefonu ilə Sübxonkul Rəhimovun elə özü çəkib. Və bu video sayəsində azərbaycanlı stüardessa Hökümə Əliyavanın qəhrəmanlığını ictimailəşdirb, onu bütün dünyaya tanıdıb.
Yəqin ki, Sübxonkul Rəhimov "Allahu Əkbər!" deyib həmin videonu çəkməsəydi, heç kim Hökumənin qəhrəmanlığına bur qədər yaxından şahid olmayacaqdı. Bəlkə də sərnişinlərdən kimsə Hökümənin şücaətindən şifai olaraq bəhs edəcəkdi. Amma onun “Hər şey yaxşı olacaq!” nidası indiki kimi yaddaşımızda qalmayacaqdı.
Bütün bunlara görə məhz Sübxonkul Rəhimova minnətdarlıq etməyə dəyər. Nə yaxşı ki, bu adam həmin anları lentə almaqla Hökümə Əliyevanın qəhrəmanlığını yaddaşımızda əbədiləşdirdi...

Modern.az-ın məlumatına görə, tacik əsilli sərnişin təyyarənin qəzaya doğru irəliləməsini anban təsvir edib.
O, AZAL-ın təyyarəsinin qəzaya uğramasından əvvəl baş verən hadisələrdən, habelə qəza vəziyyətində olan təyyarənin sərnişinlərinə kömək edən ekipajın qəhrəmanlığından danışıb.


“O ana qədər mürgüləyirdim, sonra hiss etdim ki, təyyarə yüksəlir. Gözlərimi pəncərənin şüşəsindən açıb aşağıya doğru baxdım, duman olduğunu gördüm, başqa heç nə görünmürdü. Belə başa düşdüm ki, indi yəqin ki, təyyarəmiz ikinci dövrəni vurur və biz eniş edəcəyik".
Sübxonkul Rəhimov deyib ki, hava gəmisinin kapitanının manevrləri onu ikinci dəfə təyyarəni endirməyə çalışacaqlarını düşünməyə vadar edib:

"Bu mənim təxminimdir, mən sizə aşağıda Qroznı şəhərinin olub-olmadığını dəqiq deyə bilmərəm, çünki mən bunu görmürdüm”.

Onun sözlərinə görə, sonra partlayış səsi eşidilib və silkələnmə nəticəsində təyyarədəki oksigen maskalarının bir qismi yerə düşüb. O, həmçinin panel triminin zədələndiyini də qeyd edib.
“Təyyarə şiddətlə silkələndi, sonra yüksəlməyə başladı”, - deyən sərnişin bunun xeyli davam etdiyini bildirib.
Sözlərinə davam edən Sübxonkul Rəhimov deyib ki, bir qədər sonra təyyarə daha aşağıdan uçmağa başlayıb:
"Bir müddət sonra hava aydınlaşdı və dəniz göründü, amma təyyarə nədənsə qeyri-münasib uçmağa başladı".

Zərərçəkənin dediyinə görə, həmin anda ona elə gəlib ki, partlayış səsindən sonra təyyarə idarəolunmaz hala düşüb, sanki “asılıb yellənir”.

"Ardınca hiss etdim ki, təyyarə çətinliklə də olsa idarə olunmağa başladı", - S.Rəhimov hadisələrin gedişini təsvir edib.

O deyib ki, həmin anlarda təyyarədəki sərnişinlər çox narahat idilər və artıq hamı başa düşməyə başlamışdı ki, bu, onların həyatlarının son dəqiqələri ola bilər...
...Və o dəqiqələrdən Sübxonkul Rəhimov dualar oxumağa, kəlmeyi-şəhadət gətirməyə başlayıb, daha sonra oturduğu kresloda namaz qılıb.

Sərnişinin sözlərinə görə, təyyarə qəza enişi edərkən əmələ gələn partlayış və zərbənin dalğası onu oturduğu yerdən xeyli geri atıb, başına zərbə dəyib, amma huşunu itirməyib.
“Gözlərimin önündə bir yanğın xatırlayıram, bir növ sarı alov var idi, sonra bir neçə saniyə keçdi, hər şey sakitləşdi, mən sağ qalmağımdan şoka düşdüm”, - deyə S.Rəhimov aviagəminin qəzaya uğramasından sonrakı faciəli anları xatırlayıb.
Onun sözlərinə görə, təyyarənin quyruğu yerə dəyərkən zərbə onu xeyli uzağa atıb. Həmin anadək Rəhimov təyyarənin arxa hissəsində 39-cu oturacaqdakı yerdə əyləşibmiş.


Sübxonkul Rəhimov azərbaycanlı stüardessanın (Hökümə Əliyeva-red.) iradə və əzmindən də danışıb. Onun sözlərinə görə, stüardessa vəzifə borcunu axıra qədər məharətlə yerinə yetirdi, sərnişinləri sakitləşdirməyə çalışdı, dözümlülüyü və özünə nəzarəti itirmədi, küncdə-bucaqda gizlənmədi, sızldamadı:
 


“O, özünü çox yaxşı aparırdı, stüardessanın səsi mənim çəkdiyim videoda eşidilir. O, azərbaycanca danışır, hamını sakitləşdirməyə çalışır, hər şeyin yaxşı olacağını deyirdi. O, hər şeyi təlimatlara uyğun olaraq, ən son detalına qədər etdi. Bu stüardessa son ana qədər salondakı insanları panikaya düşməməyə çağırdı, son ana qədər...".

S.Rəhimov deyib ki, onun çəkdiyi kadrlarda stüardessanın üzü görünməsə də, səsi eşidilir, həmin xanım azərbaycanca deyir ki, hamı sakit olsun, yerində otursun, ara keçiddə dayanmasın, kəmərini bağlasın:
"Mən onun göstərişinə itaət etdim və kreslonun söykənəcəyinə sıxıldım", - Sübxonkul Rəhimov deyib.



Qəzadan bir neçə dəqiqə sonra S.Rəhimov təhlükəsizlik kəmərindən azad olub. Özünün dediyi kimi, ətrafda qarışıqlıq yaranmışdı, kimsə inildəyir, kimsə ayağa qalxıb özbaşına qəza yerindən çıxmağa çalışırdı.
Tacik sərnişin deyib ki, qəzadan sonra sağ qalan digər xanım stüardessanın yaralandığını, bələdçi kişinin isə qeyri-müəyyən vəziyyətdə olduğunu və çətinliklə danışa bildiyini müşahidə edib:
 

"Mən onlardan soruşdum ki, burada ehtiyat çıxış varmı, onun yerini göstərin ki, açaq. Salonu duman bürümüşdü, onlar hələ özlərinə tam gəlməmişdilər və mən cavab ala bilmədim”.
 

Sübxonkul Rəhimov deyib ki, daha sonra i, kresloda düşüb qalan və inildəyən iki qadına kömək etməyə çalışsa da, bacara bilməyib və az sonra hadisə yerinə təcili yardım gəlib.O, həmçinin Qazaxıstanın hadisə yerinə çatan xilasetmə briqadalarının operativliyinə, xəsarət alan sərnişinlərə yardımın vaxtında təşkilinə görə minnətdarlığını bildirib.
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri