Icma.az
close
up
RU
Anım Günü Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub

Anım Günü Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr- Anım Günü Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən silsilə tədbirlərlər qeyd olunub.

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Marneulidəki “Çay evi”nin rəhbəri Emin Əhmədov və kollektivi, eləcə də ziyalılar Marneulinin Lecbəddin kəndində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı kapitan Cəlil Əziz oğlu Səfərovun abidəsini ziyarət edib, büstün önünə tər çiçəklər düzüblər.

Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının azadlıq və suverenlik uğurundakı mübarizəsindən söz açıb. Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda mübarizədə Gürcüstanda yaşayan soydaşlarımızın rolunu qeyd edib. Bildirib ki, istər 1990-cı ilin yanvar hadisələri zamanı, istərsə də birinci və ikinci Qarabağ müharibəsi zamanı Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana mənəvi dəstək göstəriblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına vuruşublar. Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş 40-dan çox soydaşımız var. Onlardan biri də Cəlil Səfərovdur.

Səfir şəhdin büstünün açılması, burada aparılan təmir və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, bütün şəhidlərimiz Azərbaycan dövləti tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. Onların xatirəsi daim əziz tutulur. 27 Sentyabr – Anım Günündə şəhid C.Səfərovun abidəsinin ziyarət olunması bunun bariz nümunəsidir.

Sonra Gürcüstan parlamentinin sabiq deputatı, ictimai-siyasi xadim Mahir Dərziyev, “Çay evi”nin direktoru Emin Əhmədov və başqaları çıxış edərək Azərbaycan xalqının suverenlik, azadlıq uğurundakı mübarizə tarixindənn danışıb, 44 günlük Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl həriflərlər yazıldığını qeyd ediblər.

Sonra səfir Lecbəddin kənd tam orta məktəbində olub, müəllim və şagirdlərin qayğıları ilə maraqlanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri