Icma.az
close
up
RU
Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Qapı gözlənilmədən döyüldükdə təşvişə düşməyə ehtiyac yoxdur. Sobaya ehtiyac duymadan hazırlanan bu resept mətbəxin ən etibarlı xilaskarlarından biridir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Börək üçün:

3 ədəd hazır yuxa

1 çay stəkanı duru yağ

1 çay stəkanı süd

1 ədəd yumurta

İçlik üçün (istəyə görə):

150-200 qram ağ pendir və ya lor pendiri

Yarım dəstə cəfəri

Alternativ olaraq: kaşar pendiri, kartof püresi, qovrulmuş qiymə və ya sucuk da istifadə edilə bilər.

Hazırlanma mərhələsi: 5 dəqiqə
Bir qabda süd, duru yağ və yumurtanı yaxşıca çırpın. Bu qarışım yuxaların həm yumşaq, həm də xırçıltılı olmasını təmin edir.

Yuxaları masanın üzərinə sərin və hər birini 4 hissəyə bölün. Hazırladığınız sousu fırça və ya qaşıq vasitəsilə yuxaların üzərinə çəkin.

İçliyi yuxaların geniş kənarına qoyun və rulon şəklində bükün.

Yapışmayan tavaya çox az duru yağ əlavə edin və orta odda qızdırın. Hazırladığınız börəkləri tavaya düzün.

Vam-orta odda tavanın qapağı bağlı şəkildə ,hər üzü təxminən 2-3 dəqiqəyə bişir.

Alt hissəsi qızardıqda börəkləri çevirin və digər üzü də qızılı rəng alana qədər bişirin.

Peşəkar aşpazlara görə, tava börəyini ləzzətli edən üç əsas detal var:

Yuxanın sousla tam təmas etməsi; Tavanı həddindən artıq qızdırmadan bişirmək; Qapağı bağlı saxlamaq (bu, daxilin buxarla yumşalmasını təmin edir).

Həm səhər yeməyi, həm də çay saatı üçün idealdır.

Börəkləri isti-isti, yanına çay və ya ayran əlavə edərək servis edə bilərsiniz. Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:342
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Dekabr 2025 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri