Icma.az
close
up
RU
Anım Günü ilə bağlı təşkil edilmiş tibbi sosial aksiya

Anım Günü ilə bağlı təşkil edilmiş tibbi sosial aksiya

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 sentyabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün 27 Sentyabr – Anım Gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.

Bu barədə AZƏRTAC-a Qoruğu İdarəsindən məlumat verilib.

Aksiyanın rəsmi açılışında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, həkimlər və tibb işçiləri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxışında qeyd edib ki, qazilərin müalicəsi və sağlamlıqlarının bərpası ölkə başçısının daim diqqət mərkəzindədir. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının resursları səfərbər olunur. 27 Sentyabr - Anım Günü ərəfəsində Mərkəzi Gömrük Hospitalının ixtisaslaşmış tibbi briqadası tərəfindən “Qala” Dövlət Qoruğunda keçirilən bugünkü tibbi aksiya da ilk növbədə qazilərin və onların yaxınlarının, şəhid ailələrinin və eyni zamanda yerli sakinlərin sağlamlığının qorunmasına yönəldilib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev vurğulayıb ki, belə tədbirlər sağlamlıq problemlərinin erkən aşkarlanmasına və insanların profilaktik müayinələrdən keçirilməsinə mühüm töhfə verir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud göstərilən yüksək səviyyəli tibbi xidmətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə və həkim heyətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür aksiyalar şəhid və qazi ailələrinin, həmçinin yerli sakinlərin sağlamlığının qorunmasında xüsusi əhəmiyyət daşıyır.

Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının müxtəlif ixtisaslı həkimləri tərəfindən 200 nəfərə kardioloji, uroloji, endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji, terapevtik, pediatrik və cərrahi xidmətlər daxil olmaqla 500-dən çox tibbi müayinələr göstərilib. Səhhətində problem aşkar olunan şəxslərə USM, EKQ, ExoKQ, rentgen və digər müayinələr aparılıb, müalicə ilə bağlı tövsiyələr verilib və zəruri təyinatlar edilib.

Aksiyanın məqsədi sağlam həyat tərzinin əhəmiyyəti və xəstəliklərin erkən diaqnostikasının vacibliyi barədə əhalinin maariflənməsidir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə ödənişsiz tibbi-sosial aksiyalar təşkil olunur. Bu təşəbbüslər vətəndaşların sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri