Icma.az
close
up
RU
Anım Günü: Qəhrəmanlıq, Hüzn və Qələbənin İşığında

Anım Günü: Qəhrəmanlıq, Hüzn və Qələbənin İşığında

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan xalqının tarixi yaddaşında elə günlər var ki, onlar həm hüznün, həm də qürurun təcəssümünə çevrilir. 27 sentyabr bu mənada ən mühüm günlərdən biridir. 2020-ci ilin məhz bu tarixində Ermənistanın silahlı qüvvələrinin davamlı hərbi təxribatlarına və yeni işğal cəhdlərinə cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala son qoyacaq, tariximizin ən böyük qələbəsini təmin edəcək hərbi əməliyyatlara başladı. 44 gün davam edən bu mübarizə xalqımızın şərəf salnaməsinə qızıl hərflərlə yazıldı. Bu gün hər il şəhidlərimizin müqəddəs xatirəsi yad edilir, onların fədakarlığı xalqın mənəvi varlığında və milli yaddaşında əbədi yaşayır.

2020-ci ildə qazanılan möhtəşəm Zəfərin əsası Ulu Öndərin hakimiyyətə ikinci qayıdışı zamanı qoyulmuşdur. Belə ki, həmin dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində qurduğu möhkəm dövlətçilik bünövrəsi və xalqla dövlət arasında bərqərar etdiyi etimad bu Zəfərə gedən yolun əsasını təşkil edirdi. 

1990-cı illərin əvvəlləri Azərbaycanın ən faciəli dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə qeyri-sabitlik girdabına düşmüş, hakimiyyət siyasi idarəetmə və peşəkarlıqdan çox uzaq, məsuliyyətsiz qüvvələrin əlinə keçmişdi. Bu gün daha çox ifrat radikallığı ilə büruzə verən AXCP-Müsavat cütlüyü 1992-93-cü illərdə hakimiyyətdə olduğu qısa zaman kəsiyində ölkədə xaosun hökm sürməsinə, dövlət institutlarının iflic vəziyyətə düşməsinə, orduda nizamsızlığın geniş vüsət almasına səbəb olan bir siyasət yürütmüşdü. Ən dəhşətlisi isə həmin yarıtmaz siyasətin nəticəsində Azərbaycanın dilbər guşəsi olan Qarabağın böyük bir hissəsinin işğal olunması idi. Qarabağ və ətraf rayonların düşmən tapdağı altına düşməsi həmin hakimiyyətin zəifliyi, bacarıqsızlığı və məsuliyyətsizliyinin birbaşa nəticəsi idi.

Elə bu səbəbdən də xalq xilası ulu öndər Heydər Əliyevdə gördü. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkə dağılmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyev dövlətçiliyin təməl sütunlarını möhkəmləndirdi, ordu quruculuğunu prioritet vəzifə elan etdi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərini bərpa etdi. Əgər o vaxt bu xilasedici addımlar atılmasaydı, müstəqil dövlətimiz belə tarix səhnəsindən silinə bilərdi. Onun yaratdığı güclü dövlətçilik ənənəsi gələcəkdə qələbə üçün dayaq nöqtəsinə çevrildi.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə bu təməli inkişaf etdirərək Azərbaycanı qalib dövlət səviyyəsinə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi baxımdan regionun ən güclü ölkəsinə çevrildi, ordu müasir silahlarla təchiz edildi, diplomatik müstəvidə Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Vətən müharibəsində məhz bu hazırlığın nəticəsi olaraq Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərdi. Ali Baş Komandanın dəmir iradəsi, xalqın birliyi və ordunun gücü 44 gün ərzində torpaqlarımızı azad etdi. Prezidentin “Qarabağ Azərbaycandır!” ifadəsi sadəcə şüar deyil, tarixi gerçəkliyin rəsmi möhürü oldu.

Bu gün Azərbaycan xalqı şəhidlərini böyük ehtiramla anır. Onların qanı bahasına torpaqlarımız azad edildi, milli qürurumuz bərpa olundu. Onların qəhrəmanlığı gələcək nəsillərə vəsiyyətdir – Vətəni qorumaq, dövlətinə sahib çıxmaq, milli birliyi möhkəmləndirmək. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycan tarixində əbədi yaşayacaq.

27 sentyabr Azərbaycan xalqının yaddaşına həm hüzn, həm qürur, həm də ümid dolu bir gün kimi həkk olunub. Bu tarixdə biz Vətən müharibəsinin başlanğıcını xatırlayırıq, şəhidlərimizin ruhunu anırıq, dövlətimizin gücünü və xalqımızın birliyini bir daha dərk edirik. Şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış qələbə xalqımızın tarixində silinməz iz qoydu. Bu gün bir tərəfdən itkilərimizin hüznünü yaşadır, digər tərəfdən qürurumuzu yüksəldir, gələcəyə inamımızı möhkəmləndirir.

Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, ədalətsizlik qarşısında geri çəkilməyəcək, öz haqqını sona qədər müdafiə edəcək. On illərlə düşmənin törətdiyi işğal, dağıntı və etnik təmizləməyə rəğmən, xalqımız milli iradəsini sarsıtmadı. Müharibə dövründə xalq və dövlət bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müasir ordumuzun gücü, gənclərimizin fədakarlığı, şəhidlərimizin canı ilə yazılan bu səhifə, Azərbaycanın müasir tarixində ən şanlı qələbəyə çevrildi.

Bu günün ən mühüm mesajı gələcək nəsillərə ünvanlanmış müqəddəs bir çağırışdır: Azərbaycan əbədi müstəqildir, Qarabağ əbədi Azərbaycandır! Bu çağırış təkcə bir siyasi şüar deyil, tarixi gerçəkliyin, milli iradənin və şəhidlərin ruhuna sadiqliyin ifadəsidir.

27 sentyabr həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günü, həm dövlətimizin gücünün təsdiqi, həm də gələcək nəsillərə vəsiyyət olunan milli əmanətdir. Bu əmanətin əsas şüarı birdir: Şəhidlər ölməz, Vətən bölünməz, Müstəqillik dönməzdir!

Azər ALLAHVERƏNOV,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri