Icma.az
close
up
RU
Anım Günü Şəhidlərimizin əziz xatirəsinə ehtiram

Anım Günü Şəhidlərimizin əziz xatirəsinə ehtiram

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2020-ci il dekabrın 2-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən Vətən müharibəsinin başlandığı 27 sentyabrda ölkəmizdə Anım Günü qeyd edilir. Həmin gün 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsi anılır.

Anım Gününün təsis olunması dövlətimizin şəhidlərimizin müqəddəs xatirəsinə göstərdiyi dərin ehtiramın bariz nümunəsidir. Bu günün qeyd edilməsində əsas məqsəd – torpaqlarımızın azadlığı və müstəqilliyimiz uğrunda canından keçən qəhrəman oğul və qızlarımızı yad etmək, onların şücaətini gələcək nəsillərə çatdırmaqdır.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoyan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünü təmin etdi və bir milyona yaxın vətəndaşımızın fundamental hüquqlarını bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 ilə yaxın kağız üzərində qalmış qətnamələrin icrasını yerinə yetirdi.

“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”- deyən Prezidet İlham Əliyev bu sözləri onun şəhidlərimizə, qazilərimizə nə qədər dəyər verdiyini, onlara necə diqqət və qayğı göstəridiyini nümayiş etdirir.

Tarixi Zəfərimizin simvolu kimi dövlət tərəfindən xüsusi medal və ordenlər təsis edilmişdir. Bu medal və ordenlərin təsis edilməsində məqsəd Vətən müharibəsində igidlik göstərmiş hərbçilərimizin, zabit və əsgərlərimizin qəhrəmanlıq və fədakarlıqlarını yüksək qiymətləndirmək, onların əziz xatirəsini əbədiləşdirməkdir.

Hər il Anım Günündə ölkəmizin bütün bölgələrində dövlət qurumları, ictimai təşkilatlar və vətəndaşlar tərəfindən müxtəlif tədbirlər keçirilir, şəhidlərimizin məzarları ziyarət olunur, ruhlarına dualar oxunur. Azərbaycan xalqı bu gün bir daha öz qəhrəman övladlarının yolunu örnək götürərək birlik və vətənpərvərlik rəmzi kimi yad edir.

Anım Günü həm də xalqımızın yenilməz ruhunu və əzmini təcəssüm etdirən tarixi bir gündür. Qəhrəman şəhidlərimizin fədakarlıqları, qazilərimizin şücaəti hər zaman qürur mənbəyimiz olacaq. Bu gün biz onların ruhu qarşısında baş əyir, onların qoyub getdiyi müqəddəs irsi – azad, müstəqil və bütöv Azərbaycanı qorumağı özümüzə ən böyük vəzifə bilirik.

Anım Günü – xalqımızın yaddaşına əbədi həkk olunmuş müqəddəs tarixdir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri