Icma.az
close
up
RU
Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 sentyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin altıncı ildönümündə Hərbi Memorial Məzarlıqda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, Zəfər parkında Zəfər abidəsini ziyarət ediblər.

Anım tədbirlərinin davamında Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətindən danışılıb, hərbçilərin döyüş meydanında nümayiş etdirdikləri şücaət, mərdlik və fədakarlığın xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən biri olduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyi, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu xüsusi qeyd edilib.

Bildirilib ki, Vətən müharibəsində sərhədçilər üzərlərinə düşən döyüş tapşırıqlarını şərəflə yerinə yetirib, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstəriblər.

Şəhidlərimizin əziz xatirəsinin Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən daim uca tutulduğu və onların döyüş yolunun gənc sərhədçilər üçün Vətənə sədaqət nümunəsi olduğu vurğulanıb.

Tədbirin sonunda şəxsi heyətə Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri