Icma.az
close
up
RU
Ankara Bakı İrəvan sülhünü sürətləndirmək istəyir Paşinyanı çətin aylar gözləyir...”

Ankara Bakı İrəvan sülhünü sürətləndirmək istəyir Paşinyanı çətin aylar gözləyir...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ankara ilə İrəvan arasında dialoq başlayıb və Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri iki ölkə arasında artan təmasların davamı kimi qiymətləndirilməlidir.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bu gün Ankarada baş tutacaq Ərdoğan–Paşinyan görüşünü şərh edərkən bildirib.

Ekspert xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşdən bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə dəvət edərək Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışında birgə iştirak edib: “Fikrimcə, Ərdoğanın əvvəlcə İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi seçilməyib. Ərdoğan əvvəlcə Azərbaycan lideri ilə görüşməklə ona mesaj vermək istəyib ki, İrəvanla aparılan müzakirələr Ankaranın Cənubi Qafqaz siyasətində dəyişiklik demək deyil. Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır ki, Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin bərpasına ümid edə bilsin”.

E. Şahinoğlu əlavə edib ki, Ərdoğanın açıqlamaları onun Bakı ilə İrəvan arasında razılaşmanın sürətləndirilməsini istədiyini göstərir: “Hazırda bölgədə proseslər sürətlə inkişaf edir. Rusiya və İranın diqqətinin digər münaqişələrə yönəldiyi bir vaxtda Ermənistanla Azərbaycan arasında məsələlərin, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı problemlərin həlli ümumi maraqlara uyğundur. Ərdoğanın bu mesajı Paşinyana çatdıracağı istisna deyil. Eyni zamanda, Paşinyan daxildə ona qarşı olan qüvvələrin birləşməsi ilə üz-üzədir”.

Politoloqun fikrincə, baş nazir üçün çətin aylar gəlir və belə bir vaxtda Azərbaycan və Türkiyə ilə açıq qalan məsələlərin həlli onun xeyrinə olar: “Əslində, Ankarada Türkiyə diplomatlarının təşəbbüsü ilə üçtərəfli görüş planlaşdırılmışdı. Bu dəfə alınmasa da, Paşinyan zəruri addımlar atarsa, gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüşü baş tuta bilər. Sülh sazişi imzalanarsa, Türkiyə–Azərbaycan–Ermənistan formatının təsis olunması real görünür. Uzun illər Ermənistan və Azərbaycan liderləri ABŞ, Rusiya, Fransa və Aİ vasitəçiliyi ilə görüşlər keçiriblər. Bu görüşlərin heç biri nəticə vermədi. İndi isə əsas məqsəd Ermənistanın fərqli maraqlara sahib güclərin orbitindən çıxaraq region ölkələri ilə əməkdaşlığa yönəlməsidir. Bu da yalnız Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr və birgə layihələr vasitəsilə mümkündür”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri