Icma.az
close
up
RU
Ankara İrəvan normallaşmasında Bakı amili

Ankara İrəvan normallaşmasında Bakı amili

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə MTŞ-nin mesajı: Ermənistan vaxt itirməməlidir

Türkiyənin Milli Təhlükəsizlik Şu­rasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilmiş iclasında bir çox məsələlərlə yanaşı, Türkiyə-Ermənistan münasibətləri də müzakirə olunub. Bəribaşdan deyək ki, toplantı Ankaranın məsələyə prin­sipial baxışını yenidən ortaya qoyub. 

İclasda Azərbaycan-Ermənistan sülh prosesindəki müsbət dinamika fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə olunub. Buradan bir neçə nəti­cəyə gəlmək mümkündür. Birincisi, Ankara sülh prosesini Cənubi Qafqazda yeni regio­nal nizamın formalaşması üçün fürsət sayır. İkincisi, Türkiyə Ermənistana qarşı siyasə­tini bilavasitə Azərbaycanla koordinasiya edir. Deməli, sülh prosesində müsbət ad­dımlar Ankara-İrəvan münasibətlərinin də irəliləməsi üçün əsas şərtdir. İclasın verdiyi üçüncü mesaj isə budur ki, Ermənistanla sərhədlərin açılması və diplomatik münasi­bətlərin normallaşması Ankara üçün müm­künsüz deyil.

Əslində, Türkiyə MTŞ-də Ankara-İrə­van münasibətlərinin müzakirəsini həm regiona fundamental yanaşma, həm də Ermənistana cavab kimi də qiymətləndir­mək mümkündür. Fikrimizi əsaslandırmaq üçün Türkiyənin xarici işlər naziri Hakan Fidanın bir müddət əvvəlki açıqlaması üzə­rində dayanaq. H.Fidan çox aydın şəkildə bildirmişdi ki, Ermənistan Azərbaycanla yekun sülh müqaviləsi imzalamasa, bu ölkə ilə normallaşmadan söhbət gedə bilməz: “Azərbaycan və Ermənistan sülh müqavilə­sini imzaladıqda, İrəvanla münasibətləri normallaşdırmaya hazırıq”.

Bəli, Türkiyə MTŞ-nin iclasında qardaş ölkənin Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın təmin edilməsinə dair iradəsi təsdiqlənib. Amma nəzərə alaq ki, Ankara üçün sülhün hansısa risk amplitadası yolve­rilməzdir. H.Fidan da sözügedən açıqlama­sında Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması zə­rurətini əsaslandırarkən elə bunu demişdi: “Əgər biz bu mərhələdə münasibətləri nor­mallaşdırsaq, Ermənistanın Azərbaycanla sülh sazişini imzalaması üçün ən böyük sə­bəbini onun əlindən almış olarıq. Bu halda regionda dondurulmuş münaqişə ehtimalı ilə üzləşə bilərik. Biz bunu istəmirik”.

Türkiyə MTŞ-nin iclasında müzakirə edilən mövzunun eyni zamanda İrəvana ca­vab məntiqi üzərində dayanırıqsa, o zaman H.Fidanın diqqətə çatdırdığımız fikirlərinin Ermənistanda birmənalı qarşılanmadığını da vurğulamalıyıq. Belə ki, əvvəlcə xari­ci işlər naziri Ararat Mirzoyan, sonra isə baş nazir Nikol Paşinyan türkiyəli diplo­mata cavab xarakterli ritorikaya üstünlük vermişdilər. Türkiyə ilə diplomatik mü­nasibətlərin qurulmasının və sərhədlərin açılmasının Ermənistan üçün vacibliyin­dən söz açan nazir Mirzoyan demişdi ki, Azərbaycanla əldə olunmuş sülhün daha da institusionallaşdırılması az əhəmiyyət da­şımır və ölkəsi həm Ankara, həm də Bakı ilə əlaqələr naminə səmimi səylər göstərir: “Bununla belə, bu iki komponentdən heç biri digərindən asılı deyil və əgər onların arasında mütləq şəkildə səbəb-nəticə əlaqə­si axtarılsa, belə nəticəyə gəlmək olar ki, Türkiyə ilə münasibətlərin tam normallaş­ması Ermənistan–Azərbaycan münasibətlə­rinin normallaşması prosesinə mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər”.

Onu da bildirək ki, H.Fidan Ankara-İrə­van normallaşmasından söz açarkən, bu il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannaməyə toxunmuş və bildir­mişdi ki, həmin sənəddə Ermənistan kons­titusiyasının dəyişdirilməsi və Zəngəzur dəhlizinin açılması kimi məsələlər əksini tapmayıb. Yəni Türkiyənin XİN rəhbəri, faktiki olaraq, ölkəmizin Ermənistanla ye­kun sülh müqaviləsi üçün irəli sürdüyü şər­tin əhəmiyyətini qabartmış və ərazi iddiası məntiqinin sıradan çıxmasının vacibliyini vurğulamışdı.

H.Fidanın Zəngəzur dəhlizi fikrinə gəl­dikdə, əslində, bu da Azərbaycanın mövqe­yinə dəstəkdir, eyni zamanda, Türkiyənin regional kommunikasiyaların açılmasında­kı prioritetidir. Prioritet budur ki, Ankara ölkəmizlə birbaşa gediş-gəlişdə maraqlıdır. Belə bir düzən isə yalnız Naxçıvana ma­neəsiz yolun olacağı təqdirdə mümkün­dür. Yolu Zəngəzur dəhlizi, yaxud böyük anlamda TRIPP marşrutu (8 avqust Birgə Bəyannaməsinə əsasən Tramp marşrutu – red.) adlandırmaq isə Türkiyənin müstəs­na hüququdur. Ermənistan üçün əsas olan özünün ərazi bütövlüyünün və suverenliyi­nin toxunulmazlığıdır ki, mövcud məqama həm Azərbaycan, həm də Türkiyə tərəfin­dən hörmətlə yanaşılır.

Amma niyəsə N.Paşinyan H.Fidanın dediklərinə reaksiya verərkən, əsl mahiy­yətdən uzaqlaşmış və demişdi ki, ölkəsi üçün dəhliz anlayışı qəbul edilə bilməz. Görəsən, qəbul edilən nədir? Baş na­zirin dediklərindən gəlinən qənaət onu söyləməyə əsas verir ki, İrəvan TRIPP marşrutunu prioritet sayır. Çox gözəl, buna heç kəsin etirazı yoxdur. TRIPP marşrutu əsasdırsa, Ermənistan onun açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.

Beləliklə, Türkiyə MTŞ-nin iclasın­da verilən mesaj həm də odur ki, İrəvan normallaşmaya dair hansısa trayektoriya müəyyənləşdirə bilməz. Həm də ona görə ki, mövzuya prinsipial baxış aydındır və həmin baxışa görə, Ermənistan öhdəliyini yerinə yetirməlidir, özü də tez bir zaman­da. Hər halda, Azərbaycan və Türkiyə tərəfi erməni rəsmilərinə TRIPP-dən söz açanda özlərinin “Dünyanın kəsişməsi” layihəsin­dən danışmağı yasaqlamır. Deməli, İrəva­nın regional kommunikasiyaların açılma­sının Zəngəzur dəhlizi məntiqinə etirazı, məsələni ərazi bütövlüyüyünün və suve­renliyin toxunulması kontekstinə daşıyaraq manipulyasiya yolu tutması məqbul sayıla bilməz.

Sonda yekun nəticəyə gələrək onu da bildirək ki, Türkiyə MTŞ-nin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçir­diyi son toplantısında Türkiyə-Ermənistan münasibətlərinə toxunulması rəsmi Anka­ranın məsələyə prinsipial mövqeyini bir daha nümayiş etdirməsidir. Ümumən, MTŞ iclasları qardaş ölkənin milli təhlükəsizlik prioritetlərini təqdim edən strateji platforma olduğundan, bu platformada Ankara-İrəvan normallaşmasının gündəlikdə yer alması Türkiyənin regiondakı proseslərə verdiyi əhəmiyyəti göstərir. Başqa sözlə desək, An­kara bölgədə davamlı sülhün yaranmasında fəal aktora çevrilmək niyyətindədir.

Digər tərəfdən, sülh gündəliyinin irə­liləməsi yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional layihələrin açılması deməkdir ki, bu da Türkiyə üçün son dərəcə vacibdir. Əlbəttə, qardaş ölkə həm Rusiya­nın təsirinin zəiflədiyi, həm də Qərb–Ru­siya rəqabətinin intensivləşdiyi bir vaxtda Cənubi Qafqazda siyasi balans qurmağa çalışır. Ona görə də onun mesajı Ermənis­tanla normallaşma prosesinin davamlılığı­nın vurğulanmasına söykənir. Rəsmi İrəvan bunu özünə lütf və dəstək kimi qiymət­ləndirməli, adekvat davranmalı, vaxt itir­məməlidir.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri