Ankara elan etdi, Mirzoyan ondan soruşun dedi Bakını maraqlandıran cavab
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın son çıxışına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.
“Hakan Fidan demişdi ki, Azərbaycan və Ermənistan 2026-cı ilin birinci yarısında sülh sazişi imzalayacaq. Doğrudurmu?”, sualına Mirzoyan belə reaksiya verib.
“Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə sorğu göndərilməsini təklif edirəm. Sülh sənədinin paraflanması zamanı, eləcə də mətn razılaşdırılarkən biz hər an imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazır olduğumuzu bəyan etmişdik. İndi də hazırıq”.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 20 Sentyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















