Icma.az
close
up
RU
Tramp ilk müharibəni elan etdi Bakını maraqlandıran proses başlayır

Tramp ilk müharibəni elan etdi Bakını maraqlandıran proses başlayır

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Meksikanın narkotik kartellərini xarici terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb. Srəncamda kartellərin zorakılıq və terror kampaniyasına qoşulduğu və ABŞ-ı cinayətlə doldurduğu, milli təhlükəsizlik riskləri yaratdığı bildirilir. Bundan əlavə, sərəncamda ABŞ-dakı bu qrupların tamamilə məhv edilməsinin prioritet olduğu göstərilib.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimovun sözlərinə görə, Meksikanın transmilli cinayətkar təşkilatları ABŞ üçün böyük narkotik təhdidləri yaradır və faktiki olaraq onlara hüquq çərçivəsində meydan oxumaq mümkün deyil:

“ABŞ-da Meksika kartelləri üçün təsir sahələri genişdir və onlar görüləcək tədbirlərdən yayınmaq üçün müxtəlif hücrələrdə fəaliyyətlərini davam etdirirlər (rəsmi açıqlanan məlumatlara baxmaq olar).

Məsələ burasındadır ki, Trampın Meksika kartellərinə qarşı elan etdiyi “müharibə” onun başqa məqsədlərini də ifadə edir.

Tramp əslində Meksika kartelləri ilə bağlı olduğu aşkar ediləcək qanuni biznesləri mühakimə etmək üçün qapılar açmaqda maraqlıdır. Burada bir sual yaranır: Görəsən, Trampın rəqib hesab etdiyi hansı milyarder və ya milyoner Meksika kartelləri ilə əlaqədədir? Üstəlik, bu qrupların xarici terror təşkilatları kimi tanınması son nəticədə Meksikada və ya oxşar qrupların fəaliyyət göstərdiyi digər ölkələrdəki hədəflərə qarşı hərbi əməliyyatlara haqq qazandırmaq üçün istifadə edilə bilər.

Tramp Meksika kartellərinə qarşı davamlı qətiyyət göstərsə, ABŞ daxilində atışmalar, ölümlər çoxala bilər.

Politoloq qeyd edib ki, məsələnin Azərbaycan üçün də diqqətçəkən tərəfləri var:

“Çünki Meksika mafiyasının ABŞ-da erməni cinayətkar dəstələri ilə əlaqələrinin olması barədə məlumatların əhatəsi mövcuddur. Ehtimalıma əsasən, ABŞ-dakı Meksika kartelləri ilə əlaqədar olan erməni cinayətkar dəstələri, o cümlədən beynəlxalq əlaqələri olan “Erməni Gücü” mafiya qrupu Trampın qərarlarından zərbə ala bilər.

Bu baş versə, belə proqnozu səsləndirmək olar:

Ehtimal ki, erməni cinayətkar şəbəkələri erməni lobbisinin maliyyələşməsi sxemində iştirak edir. Əgər onlar zərbə alsa, erməni lobbisi iflasa uğrayaraq ABŞ ictimai-siyasi dairələrində zəif duruma düşəcək. Deməli, Trampın kartellərə qarşı savaşının Azərbaycan üçün xeyirli tərəfləri də var və Bakı yəqin ki, bununla əlaqədar prosesləri prioritet kimi olmasa da, diqqətdə saxlayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri