Icma.az
close
up
RU
Ankara Kremllə razılaşdı: İki şərt var İran detalı

Ankara Kremllə razılaşdı: İki şərt var İran detalı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Hazırda Türkiyəyə qonşu regionlarda gərginlik yüksək səviyyədədir.

Təxminən 4 illik fasilədən sonra Suriyada vətəndaş müharibəsi yenidən alovlandı. Eyni zamanda Gürcüstanda avrointeqrasiya tərəfdarlarının hökumətə qarşı keçirdiyi aksiyalar da getdikcə şiddətlənir. Etirazçılar geri çəkilməyəcəklərini bildirir və polislə qarşıdurmaya girirlər. İran isə bir tərəfdən Suriyaya yardım edir, digər tərəfdən isə İsraillə gərginlik içərisindədir.

Qonşu ölkələrdəki vəziyyət Türkiyəyə necə təsir göstərəcək? Ankara bu cür böhranlı situasiyanı lehinə çevirə biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Gürcüstanda baş verənlərin Türkiyə üçün heç bir təhlükəli tərəfi yoxdur:

“Tbilisidə yaşananlar bu və ya başqa formada Türkiyəyə təsir etmir. Lakin son hadisələr göstərdi ki, Ankara Suriyada istəyinə nail ola bilir. Yəni Türkiyənin Yaxın şərqdə, həmçinin bu ölkədə yetərli qədər gücü, təsir mexanizmləri var.

İrana gəldikdə isə, şübhəsiz, Suriyada baş verənlər Ankara ilə Tehranı üz-üzə qoyur. Bu isə istənilən halda gərginliyə səbəb olacaq. Çünki iki ölkənin fərqli maraqları var. Yəni İran ilə Türkiyə hər hansı bir razılığa gəlsə belə, bu, qısamüddətli olacaq”.


Fərid Şəfiyev

Politoloqun sözlərinə görə, İranın istər Suriyada, istərsə də ümumilikdə Yaxın Şərqdə maraqlı fərqlidir:

“Eyni şeyi Rusiya üçün də demək olar. Lakin görünən odur ki, Moskva ilə Ankara arasında kompromis, ya da bir razılıq var. Çünki Kreml proseslərə Tehrandan fərqli olaraq təmkinli yanaşır.

Ankara ilə Moskva yekunda bir razılığa gələ bilərlər. Məsələ ondadır ki, Kreml üçün Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması prioritet məsələdir. Türkiyə isə ölkənin şimalının PKK, YPG, PYD-dən təmizlənməsini istəyir. Bu istiqamətdə bir razılıq olarsa, proseslər səngiyə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri