Icma.az
close
up
RU
Ankara razılaşdı, Kremldə narahatlıq başladı Türk ordusu bu tapşırığı gözləyir

Ankara razılaşdı, Kremldə narahatlıq başladı Türk ordusu bu tapşırığı gözləyir

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Türkiyənin bu ölkəyə hərbi kontingent göndərməyi nəzərdən keçirdiyini açıqlayıb. Diplomat əlavə edib ki, Türkiyənin Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı danışıqlarda iştirakı məsələsini ölkənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə edib.

Sözügedən təklif Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa, Ukrayna və Rusiya liderləri ilə intensiv əlaqələri fonunda diqqət çəkir.

Türkiyə Ukraynanın təhlükəsizliyinə təminat verəcək ölkələr siyahısında yer alacaq? Türk əsgərinin Ukraynaya getməsi nədən xəbər verir?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Ukraynaya təhlükəsizlik təminatının verilməsi rəsmi Kiyev üçün əsasən NATO çərçivəsində arzuolunandır:

Həmçinin oxuyun:

Mustafa Krımoğlu ilə müsahibə: “ABŞ Krımı Rusiya ərazisi kimi tanısa…” – EKSKLÜZİV

“Ukraynanın çalışdığı da məhz budur. Amma ABŞ məsələyə qarşı çıxır. Vaşinqton açıq şəkildə bəyan edib ki, bu prosesdə öz silahlı qüvvələri vasitəsilə iştirak etmək niyyətində deyil. Ukraynaya fərqli formada təhlükəsizlik təminatı verilməsi isə real görünmür. Çünki ölkə artıq Budapeşt Memorandumu çərçivəsində BMT Təhlükəsizlik Şurasının daimi üzvləri vasitəsilə təhlükəsizlik təminatı almışdı, lakin bunun nəticəsiz qaldığının şahidi olduq.

NATO çərçivəsində təminat veriləcəyi halda, Türkiyənin iştirakı zəruridir. Rəsmi Ankaranın hərbi gücü hər kəsə məlumdur. Lakin Moskva Ankaranın prosesdə rol almasından narazıdır. Bu isə razılaşmanın tələblərinin pozulmasına, həmçinin ABŞ-ın inkişaf etdirmək istədiyi sülh prosesinin iflasa uğramasına səbəb ola bilər. Ona görə də Türkiyənin prosesdə iştirakı üçün ABŞ-ın razılığı vacibdir. Həmin razılıq isə yalnız Rusiya ilə aparılan danışıqların nəticəsindən asılı olacaq.


Xəyal Bəşirov

Türkiyə Ukrayna müharibəsi çərçivəsində həqiqi neytrallığını qoruyub saxlamağa nail olub. Danışıqlar prosesində İstanbul platformasından istifadə edilməsi də bunu göstərir. Hər iki tərəfin rəsmi Ankaraya etimadı böyükdür. Əgər Ukraynaya təhlükəsizlik təminatları çərçivəsində hərbi kontingent yerləşdirilməsi gündəmə gələrsə, bu rolu yalnız Türkiyə oynaya bilər. Ancaq hələlik Kreml belə bir mərhələnin yetişdiyini düşünmür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri