Icma.az
close
up
RU
Putini təşvişə salan təklif: Kremldə narahatlıq başladı Əgər hə desə...

Putini təşvişə salan təklif: Kremldə narahatlıq başladı Əgər hə desə...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya kansleri Fridrix Merz Rusiya və Ukrayna liderlərinin görüşünün baş tutmayacağını bildirib. Kansler hesab edir ki, əgər Kreml rəhbəri ikitərəfli danışıqlara razılıq verərsə, bu, Moskvanın mövqeyinə zidd addım olacaq. Çünki Rusiya tərəfi Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətini qeyri-legitim hesab edir. Lakin Putinin Kiyev rəhbəri ilə danışıqlar masasına oturması Kremlin Zelenskinin prezidentliyini legitim olaraq qəbul edəcəyi mənasına gəlir.

Sülh danışıqları hansı halda baş tuta bilər? ABŞ tərəfləri buna razı salacaqmı?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Almaniya kanslerinin son açıqlaması Avropa ilə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə yanaşmasındakı fərqin göstəricisidir:

“Avropa məsələyə daha həssas və ciddi yanaşır. Belə bir düşüncə var ki, Putin müharibədə istədiyinə nail olarsa, bu, onun iştahını daha da artıracaq və gələcəkdə Şərqi Avropa ilə yanaşı, Mərkəzi Avropada da Moskvanın təsiri güclənəcək. Rusiya prezidentinin tez-tez 1945-ci ildə Sovet İttifaqının Berlini ələ keçirməsini xatırlatması da təsadüfi deyil. Sanki, “gözümüz hələ Berlindədir”, – mesajı verməyə çalışır. Bu isə təbii olaraq, Almaniyanı ciddi şəkildə narahat edir”.

Politoloqun sözlərinə görə, Avropanı narahat edən digər bir məsələ ABŞ Prezidenti Donald Trampın yanaşmasıdır:

Həmçinin oxuyun:

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – VİDEO

“Tramp Putinin Zelenski ilə danışıqlara gedib müharibəni hər hansı bir şərtlə dayandırmasını özünün “sülh qəhrəmanı” kimi təqdim olunması üçün vacib hesab edir. Lakin Avropa belə düşünmür. Avropa liderləri hesab edirlər ki, bu cür tez razılaşdırılmış sülh gələcəkdə daha böyük müharibələrə yol açacaq”.


Kazım Kazımov

K.Kazımovun fikrincə, Almaniya kanslerinin son açıqlaması ABŞ-a ünvanlanan yumşaq ultimatum kimi qiymətləndirilə bilər:

“Bu, həm dünyaya, həm də Rusiyaya ünvanlanan bir mesajdır. Yəni Kreml rəhbərinin Zelenski ilə görüşə razılıq verməsi, onun geri addım atması kimi qiymətləndiriləcək. Həmçinin, Putin nəticədə Rusiya tərəfindən qeyri-legitim hesab edilən Zelenski ilə eyni səviyyədə görünəcək. Halbuki bu gün on minlərlə insan Ukrayna müharibəsində həyatını itirib, ölkənin əhəmiyyətli əraziləri işğal olunub.

Müharibə tezliklə başa çatmalıdır, lakin bu, Ukraynanın tam işğalını və ya ciddi güzəştlər tələb edən bir razılaşma ilə olmamalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri