Ankara və Bakı ilə bağlı bu addımları atırıq Paşinyan
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan balanslaşdırılmış siyasət yürüdür. Əgər hər hansı geosiyasi güc mərkəzinin təsiri ölkənin müstəqilliyini poza biləcək qədər güclənirsə, İrəvan balansı qorumaq, suverenliyi və müstəqilliyi təmin etmək üçün digər qütblə əlaqələrini gücləndirir.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən “ŞƏT plyus” formatında iclasda çıxışı zamanı deyib.
“Ermənistan münaqişə vəziyyətində suverenliyini və müstəqilliyini təmin edə bilməz. İran və Gürcüstanla dostluq münasibətlərimizi inkişaf etdirərək, digər iki qonşumuz – Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması istiqamətində addımlar atırıq. Bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh əldə edildikdən sonra daha konkret xarakter alıb.
Hazırda Bakı və Ankara ilə kommunikasiyaların açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi üzərində işləyirik. Layihənin praktiki icrasına yaxın aylarda başlanacaq.
Bu, təkcə Şərqdən Qərbə – Xəzər dənizindən Aralıq dənizinə qədər deyil, həm də Cənubdan Şimala, Fars körfəzindən Qara dənizə qədər nəqliyyat imkanları yaradacaq. Beləliklə, layihənin həyata keçirilməsindən regionun bütün ölkələri faydalanacaq”, - Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 01 Sentyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















