Icma.az
close
up
RU
Bakı və Ankara ilə münasibətlərdə yeni era Paşinyan

Bakı və Ankara ilə münasibətlərdə yeni era Paşinyan

Icma.az, Olke.az saytına istinadən bildirir.

"Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Digər iki qonşumuz olan Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni eraya başlamaq istəyirik".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə ediblər: "Bu irəliləyişi sizə aydınlaşdırmaq üçün bilirsiniz ki, biz hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi bu müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik. Hələlik yekun razılığa gəlmədiyimiz iki məqam var. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə ki, biz Azərbaycanla ikitərəfli formatda işləyirik. Lakin davamlı sülhə nail olmaq üçün lazımi mühitin yaradılmasında şübhəsiz ki, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı".

Türkiyə ilə münasibətlərə toxunan Paşinyan deyib ki, Ankara ilə kifayət qədər fəal dialoqları var. "Son illərdə Türkiyə Prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və bizim sərhədlərimizin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı çox konkret razılaşmamız var və ümid edirik ki, bu sazişi ən qısa zamanda həyata keçirəcəyik. Biz bu istiqamətdə işləyirik", - o qeyd edib.

Paşinyan ümid edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin hazırlanmasını başa çatdırıb onu imzalayanda, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olanda regional vəziyyətlərində sıçrayış olacaq. "Bu, nəinki regional vəziyyəti tamamilə dəyişəcək, həm də hesab edirəm ki, beynəlxalq vəziyyətə çox nəzərəçarpacaq və əhəmiyyətli təsir göstərəcək”, - Paşinyan vurğulayıb.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri