Icma.az
close
up
RU
Ankara və Moskva arasında sular durulur: Rusiyanın hərbi bazası Suriyada qala bilər

Ankara və Moskva arasında sular durulur: Rusiyanın hərbi bazası Suriyada qala bilər

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya öz diplomatlarını Suriyadan geri çağırmayıb və ölkənin yeni hakimiyyəti ilə təmasdadır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici KİV-lərə müsahibəsində bildirib. O bildirib ki, biz səfirliyimizin təhlükəsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı praktiki məsələləri müzakirə edirik və ümumiyyətlə ikitərəfli münasibətlərə dair digər məsələlərdə dialoqda maraqlıyıq və buna hazırıq. S.Lavrov qeyd edib ki, Rusiya və Suriya arasında uzun müddətdir yaxşı münasibətlər var və Moskva bu münasibətləri bundan sonra da inkişaf etdirəcək. Həmçinin söyləyib ki, yeni hakimiyyət strukturu tam formalaşandan sonra iqtisadiyyat və investisiya əməkdaşlığı sahəsində də münasibətlərin inkişafına ümid edirik. O qeyd edib ki, Moskva Suriya ilə sərhəddə təhlükəsizlik məsələsində Ankaranın narahatlığını başa düşür.   S.Lavrov bildirib ki, biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını eşitmişik və onun terror yuvalarının iştirakı ilə dəfələrlə insidentlərin baş verdiyi Suriya ilə sərhəddə təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. Təhlükəsizlik təmin edilməlidir, lakin Suriyanın suverenliyinə hörmət edilməklə. Türkiyə rəhbərliyi də bu mövqedən çıxış edir, biz bunu dəstəkləyirik. XİN rəhbəri həmçinin İsraili öz dövlətinin təhlükəsizliyini başqa ölkələrin təhlükəsizliyi hesabına təmin etməyə çalışmamağa çağırıb. Siyasətçi vurğulayıb ki, düşünmək olmaz ki, mən qonşunun bütün hərbi obyektlərini məhv edəcəyəm, sonra da əbədi sülh içində yaşayacağam. 



AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, bu Türkiyə və Rusiyanın Suriya məsələsinə yaxınlaşması deməkdir:


“Suriya hadisələrindən sonra Vladimir Putinin dörd saat yarımlıq konfransı var idi. Həmin çıxışlar zamanı Putinin Türkiyəyə küskünlüyü, hirsi, müşahidə olunurdu. Çünki Türkiyə Rusiyanı Suriyada üstələmişdi və məğlub etmişdi. Görünən odur ki, Türkiyə və Rusiya arasında daha sonra təmaslar olub və vəziyyət dəyişib. Rusiyanın xarici işlər naziri səviyyəsində verilən açıqlama iki ölkə arasında bulanan suların durulduğunu göstərir. Hesab edirəm Ankara və Moskva arasında müəyyən razılaşma olub və Rusiyanın hərbi bazası Suriyada qala bilər. Lakin həmin halda Suriyanın ərazi bütövlüyü dəstəklənəcək və Türkiyənin istəkləri nəzərə alınacaq. Ola bilsin ki, Türkiyə və Rusiya birgə Amerikaya qarşı Şimali Suriyada PKK/YPG terroruna birgə çıxış etdilər. Bundan sonra Suriyanın yeni höküməti ilə separat ocağını məhv edəcək və Şimali Suriyanı tam nəzarətinə keçirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri