Icma.az
close
up
RU
Ankara və Moskva razılığa gəldi Rus ordusu Suriyada qalacaq?

Ankara və Moskva razılığa gəldi Rus ordusu Suriyada qalacaq?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk növbədə bu ərazilərdə olan Rusiya hərbi qüvvələrinin, eləcə də İranın proksi qruplarının çıxarılacağı gözlənilirdi. Lakin son məlumatlardan məlum olur ki, rus ordusunun müəyyən hissəsi Suriyada hələ də mövcuddur. Onların niyə ərazidən çıxarılmadığı, nə vaxta qədər burada qalacaqları isə sual yaradır.

Digər bir ehtimal isə belədir ki, Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə yeni reallığın yaranacağını düşünür və buna görə tədbirli davranır.

Rusiya niyə Suriyadan hərbi qrupları çıxardıb Ukraynaya yönəltmir? Əsas məqsəd nədir?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Suriyada İranın proksi, muzdlu qüvvələri mövcud idi:

“Bu qüvvələr 13 ildə Suriya xalqına dəhşətli divan tutmuşdu. İran birbaşa öz qoşunları ilə burada yerləşmirdi. Müxalif hərbi qüvvələr gəldikdə İrana məxsus proksi qüvvələr dərhal ərazini tərk etdi. Rusiya ilə bağlı məsələ isə belə deyil. Rusiyanın məhdud sayda hissələri Suriyada qalır. Paralel olaraq Tartus limanındakı rus gəmiləri də müvəqqəti şəkildə həmin ərazini tərk ediblər. Lakin Aralıq dənizində qalmaqda davam edirlər. Limana yaxın ərazilərdə mövqe tutmaq istəyirlər. Bu da onunla əlaqəlidir ki, Rusiya hələlik Əsəd rejimi ilə bağladığı müqavilə kontekstində Latakiya və Tartus limanlarında hərbi bazanı itirmək istəmir. Buna görə də Kreml daha ehtiyatlı, yumuşaq davrandı”.

Natiq Mirinin sözlərinə görə, Rusiya hərbi qüvvələrinə qarşı müxalifətin hücumu baş tutmayıb:

Natiq Miri

“Bu təsadüf, ya da qorxudan qaynaqlanmırdı. Həmin məsələ Türkiyə ilə koordinasiya edilirdi. Yəni Rusiya-Türkiyə və Türkiyə-Suriya Milli ordusu HTŞ-nin rəhbərlik etdiyi müxalif qüvvələr arasında bu məsələ uyğunlaşdırılırdı. Ona görə də hələ sözügedən proses həllini tapmayıb.

Suriya müxalifəti Rusiya hərbi bazasının dərhal ləğv olunması, yaxud da rus qoşunlarının Suriyadan çıxarılması ilə bağlı kəskin bəyanatlar vermir. Görünür, məsələ bazarlıq predimenti olaraq qalır.

Hələlik Rusiyaya münasibətdə Suriya üsyançılarının lideri Əbu Məhəmməd əl-Colaninin belə bir açıqlaması var:

“Rusiya Suriya xalqına münasibətini dəyişməli, yeni münasibət sistemi qurmaq barədə fikirləşməlidir”. Aydın olur ki, yalnız bundan sonra bazanın qalıb-qalmaması məsələsi aktuallaşa bilər”.

Politoloq qeyd edir ki, Türkiyənin iradəsi olmadan Rusiya qoşunları Suriyada nə qala, nə də gedə bilər:

“Suriya müxalifəti xalqın yaralaraını sarmağı əsas prioritet qəbul edib. Suriyalıların təcricən öz yurdlarına qayıtmasına rəvac verilir. Qısamüddətli keçid hökuməti yeni hökumətin yaradılmasına yol açmaq üçün intensiv çalışır. Bu gün həmin hökumətin o qədər problemi var ki, yeni cəbhə açaraq İsrailə qarşı mübarizə aparmaq istəmir. Doğru olan da budur. 13 il ərzində suriyalılar müharibədən, qan tökməkdən, ölüb-öldürməkdən yorulub”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri