Icma.az
close
up
RU
Ankara və Təl Əviv razılaşmasının PƏRDƏARXASI: Bakı çətin seçimdən necə xilas oldu? KONKRET

Ankara və Təl Əviv razılaşmasının PƏRDƏARXASI: Bakı çətin seçimdən necə xilas oldu? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Ankara və Təl-Əviv Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə edib. Bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Əliyevin açıqladığı ikinci cəhdində müsbət nəticə əldə etməsi deməkdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.

O bildirib ki, Əsədin devrilməsi İranın Suriyadakı təsirinin sıradan çıxarılması baxımından İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin əsas oyunçuya çevrilməsini qəbul etmir.

“Qarşıdurmanın təməlində dayanan amil də budur. Hərçənd, Türkiyə İranla müqayisədə İsrail üçün çətin rəqibdir. Ankara Suriyanın bütün sferalarında – siyasi, iqtisadi, hərbi kəşfiyyat, logistika və digər məsələlərdə güclü təsirlərə malikdir və yeni hakimiyyətin formalaşmasında yaxından iştirak edir. ABŞ Türkiyənin Suriyada mövcudluğunu qəbul edir. İsrail Türkiyə ilə ABŞ-ın dəstəkləmədiyi qarşıdurmada nəticə əldə etməyin çətinliyini anlayır. Və ən mühüm məqam İran faktorudur”.

Ekspertin sözlərinə görə, Tehrana fokuslandıqları vaxt Ankara ilə toqquşma nə Təl-Əvivə, nə də Vaşinqtona sərfəli deyil:

“Tərəflər arasında vasitəçilik edən Bakının əldə etdiyi nəticə sıradan deyil:

1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı çətin seçim məcburiyyətindən xilas edir;

2. ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir.Bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda da maraqlarımıza uyğundur;

3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilə bilər;

Bundan sonra əsas məsələ Bakı razılaşmasının davamlılığını təmin etməkdir”, – ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Aprel 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri