Icma.az
close
up
RU
Ankarada AFAD Türkiyə əməkdaşları Azərbaycan FHN adından mükafatlandırılıb

Ankarada AFAD Türkiyə əməkdaşları Azərbaycan FHN adından mükafatlandırılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 23 iyun, AZƏRTAC

İyunun 23-də Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsinin (AFAD) Ankara şəhərindəki mərkəzi binasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssislərinin beynəlxalq attestasiyaya hazırlanmasında iştirak etmiş “AFAD”ın bir qrup əməkdaşının mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, döş nişanlarını türkiyəli ekspertlərə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və AFAD-ın rəhbəri Ali Həmzə Pehlivan təqdim ediblər.

Azərbaycanın Türkiyədəki səfiri iki qardaş ölkə arasında çoxplanlı uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb, bu da bütün sahələrdə, o cümlədən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatları istiqamətində özünü büruzə verir.

“Biz türkiyəli mütəxəssislərin töhfəsini yüksək qiymətləndirir, onların mükafatlandırılmasını Azərbaycan FHN ilə AFAD arasında əməkdaşlıq üçün əlamətdar hadisə hesab edirik”, - deyə diplomatik missiyanın rəhbəri mərasim iştirakçılarına öz adından və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov adından minnətdarlığını bildirib.

“AFAD”ın rəhbəri A.H.Pehlivan da öz növbəsində iki qardaş ölkə arasında əməkdaşlığın çoxtərəfli dərinləşməsini bildirib.

O, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin bir qrup əməkdaşının BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (UN OCHA) İNSARAG beynəlxalq attestasiyadan uğurla keçdiyini, attestasiyaya hazırlıq prosesinin isə AFAD ekspertlərinin iştirakı ilə həyata keçirildiyini xatırladıb.

“Biz çox şadıq ki, bu gün qardaş Azərbaycan beynəlxalq attestasiyadan keçmiş mütəxəssis komandalarına malikdir”, - deyə A.H.Pehlivan bildirib.

AFAD rəhbəri daha sonra 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfəyə görə qardaş Azərbaycana və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib və Kahramanmaraşda həyata keçirilən Azərbaycan Məhəlləsi layihəsini yüksək qiymətləndirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri