Icma.az
close
up
RU
Sabah Ankarada Türkiyə Azərbaycan Özbəkistan görüşü olacaq

Sabah Ankarada Türkiyə Azərbaycan Özbəkistan görüşü olacaq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Yanvarın 29-da Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli xarici işlər, ticarət və nəqliyyat nazirləri görüşəcək. Ankara mühüm toplantıya ev sahibliyi edəcək.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edəcək.

İclasın gündəliyində 3 əsas mövzu; Xarici siyasət və regional əməkdaşlıq, ticarət-iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi olacaq.

Üçtərəfli görüşün sonunda Ankara Bəyannaməsi imzalanacaq. Həmin bəyannamədə yer alan fəaliyyət planı üç ölkənin qarşıdakı dövrdə izləyəcəyi konkret yol xəritəsini müəyyən edəcək.

İclasda xarici işlər naziri Fidan çıxış edəcək. O, çıxışında qeyri-müəyyənliklərin, münaqişələrin və rəqabətin artdığı bir vaxtda regionun geosiyasi çəkisinin artdığını vurğulayacaq. O, türk dünyası daxilində həmrəylik və inteqrasiya səylərinin gücləndirilməsinin vacibliyini vurğulayacaq.

Nazir Fidan qlobal hadisələr nəticəsində Asiya və Avropa arasında ənənəvi təchizat zəncirlərinin pozulduğuna diqqət çəkəcək. O, bunun orta zolaq üçün fürsət yaratdığını bildirəcək.

Bundan əlavə Fidan; Suriya, Qəzza, Rusiya-Ukrayna müharibəsi və Əfqanıstan kimi mühüm hadisələrdə koordinasiyalı hərəkət etməyin vacibliyini vurğulayacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri