Icma.az
close
up
RU
Ankarada AMEA nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Ankara şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdən əvvəl AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın və Türkiyə Elmlər Akademiyasının, eləcə də Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri Ankarada Heydər Əliyev Parkını ziyarət ediblər. Azərbaycan dövlətçiliyinin memarı, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Ankara Universitetinin rektorluq binasında keçirilən təntənəli açılış mərasimində Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə təşkil edilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi heyətlə yanaşı, müxtəlif beynəlxalq və ölkə elmi qurum və təşkilatların, ali təhsil ocaqlarının nümayəndələri, diplomatlar, elm xadimləri iştirak ediblər.

Açılış mərasimində Ankara Universitetinin rektoru professor Necdet Univar rəhbərlik etdiyi təhsil qurumunda vaxtı ilə Ümummilli Lider Heydər Əliyevə fəxri doktor adının verildiyini xatırladıb.

İki qardaş ölkə arasındakı əməkdaşlığın elm və təhsil sahəsində də uğurla davam etdiyini vurğulayan rektor, AMEA-nın rəhbərliyinə bu prosesə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

“Elm və təhsil sahələrində əməkdaşlığımız “Bir millət, iki dövlət” kəlamı prizmasından uğurla davam edir. Liderlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğının uğurlu siyasətləri yolumuza işıq tutur. Ölkələrimizə daim bir və yüksəkdə olmasını arzu edirəm”, - deyən N.Univar, Azərbaycanla uğurlu əməkdaşlığın bir nümunəsi kimi ikili diplom proqramını da göstərib və 80 illiyi münasibətilə AMEA-nın rəhbərliyini və kollektivini təbrik edib.

Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyası: 80 il elmin keşiyində” mövzusunda məruzə ilə şıxış edib. AMEA rəhbəri çıxışında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən mühüm elmi nailiyyətlərlə zəngin yol keçərək, respublikamızın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb və bu gün müasir dövrün reallıqlarına, ölkə başçısının çağırışlarına uyğun olaraq özünün çoxistiqamətli fəaliyyəti ilə yeniləşmə və islahatlar mərhələsini mühüm elmi nəticələrlə davam etdirir.

“Bugünkü tədbir Azərbaycan Prezidenti İlham Əliyevnin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası kontekstində böyük əhəmiyyətə malikdir. AMEA-nın tarixində ilk dəfədir ki, Akademiyanın yubileyi ölkədən kənarda, qardaş Türkiyədə qeyd olunur. Bu əhəmiyyətli addım qardaşlığımızın və həmrəyliyimizin möhkəmlənməsinə uğurla xidmət edir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və Türkiyənin birlikdə dünyaya nümayiş etdirdiyi birlik nümunəsinin, Türk dünyası ölkələrinin sarsılmaz birliyinin sübutudur”, - deyə akademik vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə diqqət və qayğısından danışan akademik İsa Həbibbəyli, “Azərbaycan elminin intibahı dövrü məhz Ulu Öndərin adı və fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Heydər Əliyevin siyasəti həm də Azərbaycan-Türkiyə qardaşlığına xidmət edib”, - deyə bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının ötən müddət ərzində elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak etdiyini söyləyən AMEA rəhbərihumanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə də töhfə verdiklərini ifadə edib.

AMEA-nın prezidenti vurğulayıb ki, Azərbaycan və Türkiyə yalnız daxili siyasətdə və ikitərəfli münasibətlərdə deyil, həmçinin beynəlxalq arenada da birlik və həmrəylik nümayiş etdirir.

Akademik İsa Həbibbəyli tədbirin Türkiyənin elm və ali təhsil qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni birgə layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinə istinad edən alim Azərbaycanın zəngin ənənəyə malik türkologiya elminin və Türk dünyası ilə əlaqələrin inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzaffər Şəkər çıxışında Türkiyə-Azərbaycanın sarsılmaz birliyinə diqqət çəkərək son illərdə TÜBA ilə AMEA arasında elmi əməkdaşlığın daha da genişləndirildiyini bildirib. İki qardaş ölkənin elmi qurumları arasında atılmış möhkəm təməllərin əhəmiyyətini bildirən Müzəffər Şəkər birgə fəaliyyətin mühüm elmi nəticələrə gətirib çıxaracağına əminliyini fadə edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev, Türkiyənin Azərbaycandakı keçmiş səfiri professor Cahit Bağcı və  Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin birinci katibi Aygün Qocayeva çıxış edərək iki ölkə arasında bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətindən danışıblar. Bütün türk dünyasının elmi qurum və təşkilatları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirildiyini vurğulayaraq AMEA-nın 80 illiyi münasibətilə təbriklərini çatdırıblar.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin“TÜBA-nın fəxri üzvü” seçildiyi elan olunub. Fəxri üzvlük diplomunuakademik İsa Həbibbəyliyə TÜBA-nın prezidenti, professor Müzəffər Şəkər təqdim edib.

Təntənəli açılış mərasimindən sonra “Azərbaycanın elm məbədi” sənədli filmi nümayiş olunub. Sənədli film iştirakçılar tərəfindən maraqla izlənilib.

Sonra tədbir panel müzakirələri ilə davam edib.

Türkiyə Xarici İşlər Nazirliyinin Elm və texnologiya siyasətləri şöbəsinin müdiri, professor Hami Aksoyun moderatorluğu ilə keçirilən birinci paneldə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədrisədri, professor Dərya Örs, Türk Tarix Qurumunun rəhbəri, professor Yüksel Özgen, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert, görkəmli türkoloq alim, professor Ahmet Bican Ercilasunun məruzələrində Azərbaycan-Türkiyə əlaqələrinin tarixi ənənələrindən və AMEA-nın bu sahədəki rolundan bəhs ediblər.

İstanbul Nişantaşı Universitetinin rektoru, professor Ayşəgül Komsuoğlunun moderatoruluğu ilə keçirilən ikinci paneldə Orta Doğu Universitetinin professoru Ayça Ergün,Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, İqtisadi Əməkdaşlıq Təşkilatı Tədris İnstitutunun direktoru, Ankara Sosial Elmlər Universitetinin professoru Mehmet Akif Kireççi, Ankara Universitetinin müəllimi, professor Mehmet Rıza Heyetdə məruzələrlə çıxış ediblər. Məruzə, çıxış və müzakirələrdə Türk dünyası ilə ortaq əlifba, ortaq gələcək, elmi birlik mövzularına xüsusi diqqət çəkilərək Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığın perspektivləri haqqında danışılıb. AMEA-nın 80 illiyinin qardaş Türkiyədə qeyd edilməsinin tarixi əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıblar.

Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətində AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov da təmsil olunublar.

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Ankarada AMEA-nın 80 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Şəkil sayı: 10

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 01 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri