Icma.az
close
up
RU
AMEA nın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

AMEA nın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

Icma.az bildirir, 525.az portalına istinadən.

Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının Azərbaycan elminə, aliminə, ziyalılara, yeni elmi nəslə dövlət səviyyəsində verilən yüksək qiymətin və ehtiramın ifadəsi olduğunu bildirib.

AMEA-nın 80 illiyi ilə bağlı müxtəlif formatlarda tədbirlərin təşkil olunduğunu söyləyən akademik İsa Həbibbəyli yubileyin Yeni Azərbaycan Partiyası ilə birgə qeyd olunmasının elmi və siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli AMEA-nın 80 ildə böyük yol keçdiyini, azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına töhfə verdiyini, görkəmli alimlər nəsli yetişdirdiyini söyləyib. O, AMEA-nın taleyində Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edərək vurğulayıb ki, dahi lider bu elmi qurumun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb.

“Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən AMEA prezidenti vurğulayıb ki, dövlətimizin başçısının 2010-cu ildə AMEA-nın illik yığıncağında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələr verməsi bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir.

Qeyd olunub ki, hazırda AMEA islahatlar və yenilənmə mərhələsini yaşayır. Dövlətin həyata keçirdiyi müasirləşmə və innovasiya siyasəti nəticəsində ölkəmizdə ənənəvi sahələrin inkişafı ilə yanaşı, IV Sənaye İnqilabının çağırışlarına uyğun genişmiqyaslı layihələrin reallaşdırılmasına şərait yaradılır. Bu proses öz təsirini AMEA-nın elmi mühitində də aydın şəkildə göstərir.

Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək bildirib ki, AMEA-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri milli dövlətçilik ideologiyasının elmi əsaslarının formalaşdırılması, azərbaycançılıq məfkurəsinin təbliği və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsidir. Onun sözlərinə görə, akademiyanın alimləri, ziyalıları yalnız elmi nailiyyətləri ilə deyil, həm də ictimai düşüncənin formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində böyük məsuliyyət daşıyırlar. Alimlərin fəaliyyəti dövlətin intellektual dayaqlarının möhkəmlənməsinə xidmət edir.

“AMEA Azərbaycan elmi tarixində misilsiz xidmətlər göstərərək böyük izlər qoymuşdur. Ölkəmizin alimləri Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında, onun sosial-iqtisadi, mədəni və mənəvi inkişafında əvəzsiz rol oynamışlar. Akademiya bu gün də üzərinə düşən tarixi missiyanı layiqincə davam etdirir”, - deyə Tahir Budaqov bildirib.

YAP Sədrinin müavini vurğulayıb ki, AMEA əməkdaşlarının partiya sıralarına daxil olması partiyanın keyfiyyət tərkibini daha da zənginləşdirməklə yanaşı, həmçinin elmi fikrin ictimai proseslərdə daha fəal iştirakına şərait yaradır. O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi addımdır. Azərbaycan alimləri və ziyalıları bu tarixi mərhələdə öz intellektual və mənəvi potensialları ilə dövlətçiliyimizin inkişafına mühüm töhfə vermişlər: “İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər, ölkəmizin konstitusion hüquqlarının, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin, əsgərlərimizin rəşadətinin, vətənpərvər alimlərimizin, düşünən beyinlərin milli ideyaya sədaqətinin nəticəsidir”.

Tahir Budaqov, həmçinin partiya sıralarına yeni qoşulan gəncləri ölkənin elmi-ictimai həyatında fəal iştirak etməyə, milli dəyərlərə və dövlətçiliyə sədaqət prinsiplərini daim uca tutmağa çağırıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdir müavini İlham Alıyev və Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxış edərək bu gün Azərbaycanın Prezident İlham Əliyevin liderliyində öz inkişafının ən parlaq dövrünü yaşadığını söyləyiblər.

Daha sonra YAP sıralarına qəbul olunan AMEA əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:665
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri