Icma.az
close
up
RU
Ankarada Əhliman Əmiraslanovun sədrliyi ilə iclas keçirildi FOTOLAR

Ankarada Əhliman Əmiraslanovun sədrliyi ilə iclas keçirildi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Heydər Əsədov Türkiyə Respublikasının Ankara şəhərində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən 11-ci iclasında iştirak edərək, məruzə ilə çıxış ediblər.

"Unikal" xəbər verir ki, komissiyanın  iclasında “TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri”nə dair Hesabat məruzəsi dinlənilmiş, Komissiya iclasının “TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri”nə dair Tövsiyə qərarı, “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” Model Qanun layihəsi müzakirə olunmuş və digər müvafiq müzakirələr aparılmış, qərarlar qəbul olunmuşdur.

sədri Əhliman Əmiraslanov Komissiyanın iclasında açılış nitqi ilə çıxış edərək bildirib ki, “…Xüsusilə qeyd etmək istərdim ki, 2024-cü ildə Bakıda keçirilmiş COP29 konfransı türk dünyasının iqlim gündəliyində yeni mərhələnin başlanğıcı oldu. COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ekologiya nazirlərinin ilk görüşünün keçirilməsi və ortaq prioritetləri əks etdirən bəyannamənin qəbul olunması əməkdaşlığımızı daha da gücləndirdi. Bu konteksdə, Türkiyənin evsahibliyi edəcəyi COP31-i xüsusilə vurğulamaq istərdim. Türkiyə COP31-ə ev sahibliyi etmək üçün təyin edilərək, regiona nümunə kimi qlobal iqlim müzakirəsində regional prioritetləri yüksəltmək, dayanıqlılıq və ekoloji yeniliklərə dair ortaq öhdəlikləri nümayiş etdirmək üçün mühüm fürsət təqdim edir. Qardaş ölkəyə bu önəmli tədbirin keçirilməsində uğurlar arzu edirəm.

Bu gün biz görürük ki, üzv dövlətlərimizin hər biri yaşıl inkişaf, bərpa olunan enerji, tullantıların idarə olunması, su və meşə ehtiyatlarının qorunması, eləcə də iqlimə davamlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atır. Azərbaycan yaşıl enerji və ekoloji bərpa layihələrinə xüsusi diqqət yetirir, işğaldan azad olunmuş ərazilərdə “yaşıl zona” konsepsiyasını həyata keçirir. Qazaxıstan havanın keyfiyyətinin monitorinqi və emissiyaların azaldılması sahəsində mühüm proqramlar reallaşdırır. Qırğız Respublikası biomüxtəlifliyin qorunması və dağ ekosistemlərinin müdafiəsi istiqamətində beynəlxalq təşəbbüslərlə çıxış edir. Türkiyə isə “Sıfır tullantı” layihəsi və yaşıl transformasiya siyasəti ilə qlobal səviyyədə nümunə göstərilən təcrübə formalaşdırmışdır. Əminliklə deyə bilərik ki, türk dövlətləri arasında bu sahələrdə həyata keçirilən əməkdaşlıq artıq yalnız niyyət deyil, real layihələr və praktik mexanizmlərlə möhkəmlənən strateji tərəfdaşlığa çevrilməkdədir...” İclasda komissiyanın üzvlərindən, Türkiyə Böyük Millət Məclisinin üzvü Kadim Durmaz, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Irısbek Atajanov, onlayn formada iclasa qoşulan Qazaxıstan Parlamenti Məclisinin üzvü Duysenbay Turqanov və Qazaxstan Parlament Senatının üzvü Ali Bektayev, o cümlədən TürkPA baş katibinin müavini Muhammet Alper Hayali, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məruzələrlə çıxış ediblər.

İclasda "TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” üzrə tövsiyə qərarını TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin Sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, tövsiyə qərarı TÜRKPA üzv dövlətlərinin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji dayanıqlılıq və yaşıl dünya üzrə əməkdaşlığına yönəlmişdir. 

TÜRKPA üzv dövlətləri arasında digər sahələrdə olduğu kimi, bu sahədə də əlaqələrin daha da inkişaf etdirilməsinin və bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması və yaxınlaşdırılmasını  zəruri edir. Həmçinin Əhliman Əmiraslanov sənəddə əks olunmuş tövsiyələrin TÜRKPA üzv dövlətlərinin müvafiq sahədəki qarşılıqlı əməkdaşlıqlarının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Komissiyanın iclasında Milli Məclis Aparatının və TürkPA katibliyinin əməkdaşları iştirak ediblər.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri