Icma.az
close
up
RU
Əhliman Əmiraslanovun təklifinə rəy: “Düzgün yanaşma deyil”

Əhliman Əmiraslanovun təklifinə rəy: “Düzgün yanaşma deyil”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ATU məzunu olan, lakin rezidenturanı bitirmiş şəxslərin Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara yönləndirilməsi və bölgələrə göndərilməsini təklif edib.

Məzunların Təkmilləşdirmə İnstitutuna göndərilməsi niyə bu qədər vacibdir?

“Tibb təhsilinin baza mərhələsi nəzəri biliklərin əldə edilməsidir. Bu, ilkin olaraq Tibb Universitetində alınan təhsili əhatə edir. İkinci mərhələ isə rezidentura təhsilidir ki, bu da tibbi təhsilin ən yüksək pillələrindən biri hesab olunur. Bu mərhələdə gələcək həkimlər konkret ixtisas üzrə dərin bilik və praktiki vərdişlərə yiyələnirlər. Həkimlər müstəqil praktik fəaliyyətə əsasən bundan sonra başlayırlar”. Dördpendirli pizza

Bu sözləri “Yeni Sabah”a tibb elmlər doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, rezidentura təhsili almayan həkim öz ixtisası üzrə fəaliyyət göstərə bilməz:

“Sovet dövründə, Azərbaycanda rezidentura sistemi yaradılana qədər internatura adlı təcrübə proqramı mövcud idi. Həkimlər həmin mərhələni keçərək ixtisas qazanır, daha sonra təcrübə toplayaraq fəaliyyətə başlayırdılar.

Rezidentura keçmədən gənc həkimlərin regionlara göndərilməsi düzgün yanaşma deyil. Çünki regionlarda da peşəkar və ixtisaslı mütəxəssislərə ehtiyac var.

Amma hər şeydən vacib budur ki, rayonlarda işləyən həkimlər üçün müxtəlif stimullaşdırıcı tədbirlər tətbiq edilməlidir. Bu proses məcburi deyil, könüllülük və motivasiya prinsipləri əsasında qurulmalıdır. Əks halda, həkimlər ölkədən kənarda işləməyə üstünlük verə bilərlər”.

A.Qeybulla qeyd edib ki, həkim çatışmazlığı problemi dünyanın bir çox ölkəsində mövcuddur:

“Lakin həmin ölkələrdə müxtəlif təşviq mexanizmləri vasitəsilə problemin həlli istiqamətində uğurlu nəticələr əldə olunub. Azərbaycanda da bu məsələnin həlli üçün beynəlxalq təcrübədən faydalanmaq məqsədəuyğun olar”.

“Regionlarda demək olar ki, bütün ixtisaslar üzrə həkimlərə ehtiyac var”, - deyə A. Qeybulla mövzuya nöqtə qoyub.

Cəlalə Cəlalqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyun 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri