Ankarada İƏT ölkələrinin statistika sahəsində əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunur
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 1 oktyabr, AZƏRTAC
Çərşənbə günü, oktyabrın 1-də Ankarada İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının (İƏT-StatCom) 14-cü sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzində (SESRIC) keçirilən müzakirələrdə Azərbaycanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir. Üç gün davam edəcək tədbir “Quran” ayələrinin oxunması ilə açılıb, daha sonra İslam ölkələri arasında statistika sahəsində əməkdaşlığın vəziyyəti və dərinləşdirilməsi yolları ətrafında müzakirələr aparılıb.
Beynəlxalq təşkilatların, o cümlədən İslam İnkişaf Bankının nümayəndələri sessiya iştirakçıları qarşısında çıxış ediblər.
İclasın gündəliyinə həmçinin İƏT-StatCom-un 2026-2030-cu illər üçün Fəaliyyət Planına baxılması da daxil edilib.
Azərbaycan hazırda Omanın sədrlik etdiyi İƏT-StatCom-un həmsədridir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 01 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















