Ankarada türk dövlətlərinin turizm sahəsində əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 9 iyul, AZƏRTAC
İyulun 9-da Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 10-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təmsil edib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tədbir iştirakçıları qarşısında çıxış edərək türk dövlətlərinin dünyada artan nüfuzuna və əhəmiyyətinə diqqət çəkib. O qeyd edib: “TDT ölkələrimiz arasında mühüm dialoq platformasını formalaşdırır. Əməkdaşlıq potensialını, o cümlədən turizm sahəsində imkanları üzə çıxarmaq lazımdır”.
Nazir Türkiyəyə istirahətə gələn türk dövlətlərinin sakinlərinə minnətdarlığını bildirib. “Təkcə 2025-ci ilin ilk 5 ayında Türkiyəyə Azərbaycandan 317 min, Qazaxıstandan 203 min, Qırğızıstandan 79 min, Özbəkistandan 215 min, Macarıstandan 58 min, Şimali Kipr Türk Cümhuriyyətindən 106 min turist, həmçinin 70 minə yaxın Türkmənistan vətəndaşı səyahət edib.
Nazir xatırladıb ki, Türkiyə turistlərin sayına görə dünyada dördüncü yerdədir ki, bu da çox yüksək göstəricidir. 2024-cü ilin yekunlarına görə, Türkiyəyə 62,4 milyon turist səfər edib.
O, Ankarada keçirilən bu müzakirələrin xalqlarımız arasında yeni dostluq körpülərinin qurulmasına kömək edəcəyinə əminliyini ifadə edib: “Çünki turizm təkcə iqtisadiyyata töhfə vermir, həm də dövlətlər arasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi amilidir”.
Nazir Ankaranın “2026-cı ildə Türk Dünyasının Turizm Paytaxtı” seçilməsi təşəbbüsünü alqışlayıb.
TDT-nin Baş katibi Kubanıçbek Omuraliyevin çıxışından sonra müzakirələr mətbuata qapalı formatda davam etdirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 İyul 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















