Icma.az
close
up
RU
Ankarada Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi ehtiramla anılıb

Ankarada Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi ehtiramla anılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 19 sentyabr, AZƏRTAC

Ankara Ticarət Palatasınını (ATO) binasında Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı tədbirə təşkilati dəstək ölkəmizin Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Türk Dünyası Parlamentarilər Fondu (TDPV) tərəfindən göstərilib.

Müzakirələrdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, alimlər, ATO rəhbərliyi, Qarabağ müharibəsi veteranları, hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə dualar oxunub, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, xalqımız Qafqaz İslam Ordusunun qəhrəmanlarını unutmur və xatirəsini ehtiramla anır.

Diplomat Qafqaz İslam Ordusunun yaradılması ilə bağlı qərarın Osmanlı İmperiyası üçün çətin bir dövrdə verildiyi faktına diqqət çəkib. “Ciddi çağırışlara və problemlərə baxmayaraq, Osmanlı hökuməti gənc Azərbaycan dövlətinə kömək əlini uzadıb”, - deyə diplomat bildirib. O, vurğulayıb ki, Azərbaycanda Bakını daşnak və bolşevik işğalından azad edən Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi bundan sonra da ehtiramla yad ediləcək.

Diplomatik missiyanın rəhbəri vurğulayıb ki, Azərbaycan torpaqlarında Türkiyə övladlarının qanı tökülüb, 1915-ci ildə Çanaqqala döyüşlərində isə azərbaycanlılar işğalçılara müqavimət göstərərək türklərlə çiyin-çiyinə canlarından keçib.

Daha sonra çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Qafqaz İslam Ordusunun tarixi rolundan bəhs edib.

“Anadolu övladları azərbaycanlı qardaşları ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan təmizlədilər. Bu qələbə iki ölkə xalqlarının taleyinin birliyinin növbəti təcəssümü oldu”, - deyə türkiyəli parlamentari “Bir millət, iki dövlət” prinsipinin toxunulmazlığını bəyan edib.

Şamil Ayrım Qafqaz İslam Ordusunun keçdiyi qəhrəmanlıq yolu haqqında hərtərəfli informasiyanın Türkiyə və Azərbaycanın gənc vətəndaş nəslinə çatdırmağa çağırıb. “107 il əvvəl Bakı uğrunda gedən döyüşlərdə həlak olan 1130 şəhidin şücaəti ölkələrimizin tarixinə qızıl hərflərlə yazılıb”, - deyə Türkiyə parlamentinin deputatı bildirib.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA İctimai birliyinin Türkiyədəki nümayəndəsi, TADİV İdarə heyətinin üzvü Hulusi Kılıç Bakının bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.

Hulusi Kılıç qeyd edib ki, bir çox Azərbaycan şairləri Qafqaz İslam Ordusu əsgərlərinin şücaəti haqqında şeirlər yazmış, mahnılar bəstələmişlər.

Tədbir Giresun Universitetinin Beynəlxalq münasibətlər üzrə professor Yalçın Sarıkayanın Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun tarixi rolu mövzusunda məruzəsi ilə davam edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 07:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see300

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see242

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see143

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see128

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri