Icma.az
close
up
RU
Qafqaz İslam Ordusunun tarixi zəfəri

Qafqaz İslam Ordusunun tarixi zəfəri

Icma.az, Moderator.az saytına istinadən bildirir.

1918-ci il mayın 28-də yaradılmş Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin və türk dünyasının tarixinə ilk demokratik respublika quruculuğunun tarixi kimi yazıldı. Cumhuriyyətin qurulması ilə əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan türkləri özlərinin müasir tipli müstəqil dövlətinə sahib oldu.

Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda apardığı qanlı müharibələrin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı. İlk türk respublikasının birinci mühüm vəzifəsi Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdan ibarət idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan dərhal sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışdılar. Həmin ərəfədə Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirirdi. Yenicə təşkil olunmuş hökümətin qarşısında ölkədə baş verən dağıdıcı hadisələrin qarşısını almaq, Azərbaycan xalqını və müstəqilliyini qorumaqla yanaşı, həm də Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, ermənilərin ərazi iddialarını həll etmək kimi ağrılı problemlər dayanırdı.

Azərbaycan milli azadlıq hərəkatının liderləri getdikcə şidətlənən daşnak-bolşevik təcavüzünü dayandırmağın yeganə yolunu Osmanlı dövlətindən hərbi yardım almaqda görürdülər. Çox mürəkkəb beynəlxalq geosiyasi şəraitdə müstəqilliyini elan etmiş və təxirəsalınmaz hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq siyasətinin ilk addımı kimi Türkiyə ilə dostluq müqaviləsi bağlamağı qərara aldı. Beləliklə, 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Azərbaycan xalqı üçün həyati əhəmiyyətə malik olan bu sənəd Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilənin şərtlərinə uyğun olaraq, Beşinci Qafqaz firqəsi (diviziyası) Mürsəl paşanın komandanlığı altında Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu.

Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi türk hərbi birləşməsinə yerli əhalidən toplanmış könüllülər də daxil oldu. Qafqaz İslam Ordusunun şəxsi heyəti birgə qüvvələrdən formalaşdı.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti soyqırım taleyini yaşamaqda olan xalqı bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Azərbaycan hökuməti xarici müdaxilənin qarşısının alınması və dövlət müstəqilliyinin qorunub saxlanması məqsədilə əsas fəaliyyətini ordu quruculuğuna yönəltmişdi.

İyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə ordu quruculuğu istiqamətində mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırım cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etmək məqsədilə Fövqəladə Təhqiqat komissiyası yaradılması barədə qərar qəbul olundu.

Qafqaz İslam Ordusunun hissə və bölmələri bu struktur yaranan gündən Azərbaycanın istiqlaliyyətini məhv etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamış bolşevik-daşnak qüvvələrinə qarşı ağır döyüşlərə başladı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusu Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi və s. döyüşlərində misilsiz şücaət göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbələr endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etdilər.

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırılmışdı. Bunların 8 mini osmanlı, 6 mini isə Azərbaycan türkləri idi. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olunmuş Bakının azad edilməsi ilə nəticələndi. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi.

Bakının erməni-bolşevik işğalından azad edilməsi zamanı düşmənin çoxlu sayda silah-sursatı müsadirə edildi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verdi. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı təxminən 4000 nəfər olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirilmiş birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərdiyi bütün dövrdə Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə rus müdaxiləsindən azad etdi.

Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında, Bakının işğaldan azad edilməsində və milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynadı.

Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı ölkəmizin bugünkü müstəqilliyinin təməlininin qoyulmasında da çox mühüm tarixi rol oynadı. O zaman Osmanlı dövlətinin göstərdiyi hərbi və siyasi dəstək milli dövlətçilik tariximizin sonrakı mərhələlərində də çox mühüm rol oynadı. Bu tarixi hadisələrə bu günün reallığından baxdıqda Azərbaycanın Türkiyə ilə bu günkü qardaşlıq münasibətlərinin zəfərlərlə dolu tarixi keçmişimizə söykəndiyi aydın görünür.

Cavanşir Feyziyev,  Milli Məclisin deputatı

15 sentyabr 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see300

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see272

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see263

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see262

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see212

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see197

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see186

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see184

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see183

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see182

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see180

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see179

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see177

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see175

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see174

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see173

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see170

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see170

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see168

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri