Icma.az
close
up
RU
Ankaradan bizi məyus edən addım VİDEO

Ankaradan bizi məyus edən addım VİDEO

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

32 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi "humanitar yardım" bəhanəsi ilə açılır

Türkiyə-Ermənistan münasibətlərində son baş verənlər Azərbaycanda haqlı narahatlıq doğurur. 32 il bağlı qalan sərhədin açılması rəsmi olaraq “humanitar yardım” məqsədi ilə izah edilsə də, bu addımın arxasında uzun müddətdir planlaşdırılan və gizli şəkildə yürüdülən proseslərin olduğu gün kimi aydındır.
Azərbaycan bu qərarın qəbul edilməsi prosesindən kənarda saxlanılıb, müzakirələr bağlı qapılar arxasında aparılıb. Halbuki, bu məsələ təkcə Türkiyə və Ermənistanı deyil, həm də Azərbaycanın fundamental maraqlarını birbaşa əhatə edir.
İndiyə qədər bu siyasəti irəli aparan qlobal imperialist dairələr, erməni lobbisi və Aİ-nin təşəbbüsləri məlum idi. ABŞ-dakı siyasi dəyişikliklərə baxmayaraq, Türkiyədə bu planı həyata keçirmək istəyən qüvvələrin geri çəkilməməsi suallar doğurur. Son dövrlərdə baş verən hadisələr – Ərdoğan-Paşinyan görüşləri, türkiyəli jurnalistlərin Ermənistana səfəri, sərhəd bölgəsinə marağın artması – bu prosesin uzun müddətdir planlaşdırıldığını göstərir.
Türkiyədə bəzi dairələr bu yanlışın fərqinə varmır və ya qəsdən görməzdən gəlir. Halbuki, bu addım təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının maraqlarına qarşı yönəlib. Azərbaycan torpaqları onilliklər boyu işğal altında qalıb, minlərlə insan həyatını itirib, şəhərlər viran qoyulub, tarixi-mədəni abidələr təhqir olunub.
Ermənistanın konstitusiyasında hələ də qonşu dövlətlərə ərazi iddiaları açıq şəkildə mövcuddur, gerbində Ağrı dağına yer verilib. Belə olan halda, Türkiyə hansı əsasla sərhəd açmaq qərarına gəlir?
Azərbaycan açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi təmin olunmadan Türkiyə-Ermənistan sərhədinin açılması qəbuledilməzdir. Türkiyə də bu vədi vermişdi. Ancaq bu gün verilən sözlərin havada qaldığı görünür. Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərinə zidd olan bu addım, eyni zamanda türk dünyasının birliyi ideyasına da ciddi zərbə vurur.
Bu qərarın arxasında duran qüvvələr Türkiyənin strateji maraqlarını gözardı edərək, Ermənistanı regionda möhkəmləndirmək üçün çalışırlar. Ankaranın imperialist dairələrin və erməni lobbisinin təsiri ilə hərəkət etməsi, Azərbaycanın milli mənafelərinə qarşı açıq təxribatdır. Bu addım nəinki bugünkü siyasi vəziyyətə, həm də türk dünyasının gələcək perspektivlərinə ciddi təhdid yaradır.

REAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri