Icma.az
close
up
RU
Ankaradan Parisə tövsiyə...

Ankaradan Parisə tövsiyə...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa Xarici İşlər Nazirliyinin Türkiyədə müxalifətə qarşı davam edən məhkəmə proseslərinə dair tənqidi bəyanatı Ankara tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatı “ölkənin daxili işlərinə qəbuledilməz müdaxilə” adlandırıb. “Fransa Xarici İşlər Nazirliyinin ölkəmizdə aparılan məhkəmə proseslərinə müdaxilə olan bəyanatını qətiyyətlə rədd edirik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında vurğulanır.

Fransa ikili standartların girovluğunda

Həqiqətən də, öz daxilində bir sıra şübhəli siyasi proseslər izlənilən, ötən il həm Avropa Parlamentinə, həm də Milli Assambleyaya seçkilərdə ciddi saxtakarlıqlar və manipulyasiyalar qeydə alınan, yeni hökumətin formalaşdırlması zamanı konstitusiyanın tələbləri kobud şəkildə pozulan bir ölkənin hakim komandası hansı mənəvi haqla və hüquqi əsasla digər bir suveren dövlətdə aparılan məhkəmə prosesini şübhə altına alır? İndiki mərhələdə Fransada baş verənlər Yelisey Sarayının demokratiyadan üz çevirdiyini əyani şəkildə təsdiqləyir. Fransanın Xarici İşlər Nazirliyi Türkiyəni müxalifət liderlərinə münasibətdə qınamağa özündə cəsarət tapıb. Bəs Parisdə bu yaxınlarda aparıcı müxalifət liderlərindən birinə siyasi sifariş əsasında qurulan saxta məhkəmə nə üçün unudulur? Cari ilin əvvəlində qurulan bu məhkəmə siyasi rəqiblərini məhkəmə qərarları ilə neytrallaşdırmaq texnologiyasının məhz Yelisey Sarayına məxsus olduğunu əyani şəkildə təsdiqləyir. Paris məhkəməsinin Fransada siyasi olimpə doğru inamlı addımlar atan və növbəti prezident seçkilərində hazırkı hakim komandaya potensial rəqib kimi dəyərləndirilən sağçı “Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı çıxardığı antidemokratik qərar başqa izaha seçim qoymur. Əslində, geniş şərhə ehtiyac yoxdur. Aydın şəkildə görünür ki, hökm siyasətçinin 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.

Fransanın bu utancverici reallığı dünyanın bir sıra ölkələri, o cümlədən də ABŞ-ın yeni administrasiyası tərəfindən ciddi şəkildə qınanılıb və “demokratiyadan geri dönüş” kimi dəyərləndirilib. Fransanın hakim komandası Türkiyədə qurulan məhkəmədən narahatlığını bildirməkdənsə, özünün dünyada korlanmış imicini bərpa etmək üçün addımlar atmalıdır. Türkiyə XİN Fransanı ikili standartlarda ittiham edib. Nazirlik məhkəmədən sonra seçkilərdə iştirakdan kənarlaşdırılan Fransanın əsas müxalifət partiyasının liderinin son hökmünü, həmçinin bəzi Fransa merlərinə qarşı davam edən məhkəmə işlərini xatırladıb. “Nəzərə alsaq ki, Fransanın əsas müxalifət partiyasının lideri məhkəmə qərarı ilə həbs cəzasına məhkum edilib, bu bəyanat ikili standartları açıq şəkildə nümayiş etdirir”, - deyə  nazirlik qeyd edib.

Məhkəmə suverenliyinə hörmətlə yanaşılmalıdır

Hər bir ölkənin idarəçiliyi milli qanunvericilik əsasında tənzimlənir. Türkiyədə son iyirimi ildə inklüzivliyi təmin etmək məqsədilə bir sıra institusional islahatlar həyata keçirilib, o cümlədən daha geniş demokratiyanı, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən bu islahatlar məhkəmə sistemini də əhatə edib. Türkiyə son prezident seçkiləri ilə dünyaya bir demokratiya dərsi keçdi. Lakin demokratiyanın anarxiya anlamında qəbul edilməsi heç bir vəchlə mümkün deyil. Kiminsə müxalifətdə olması onu qanunları pozmasının məsuliyyətindən azad etmir. Türkiyə  “ədalətli və qərəzsiz” məhkəmə icraatına zəmanət verdiyini vurğulayıb və bütün işlərə müstəqil məhkəmələr tərəfindən ölkənin Konstitusiyasına və milli qanunvericiliyinə ciddi şəkildə və uyğun olaraq baxıldığını xatırladıb.

Ankara Parisi Türkiyənin məhkəmə suverenliyinə hörmət etməyə və digər ölkələrin işlərinə siyasi motivli şərhlərdən çəkinməyə çağırıb. “Fransaya Türkiyənin daxili hüquq sisteminə və məhkəmə sisteminin müstəqilliyinə hörmətlə yanaşmağı, başqa dövlətlərə qarşı siyasi motivli bəyanatlardan çəkinməyi və öz daxili problemlərinin həllinə diqqət yetirməyi tövsiyə edirik”, - deyə  Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see655

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see391

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see290

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see276

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see270

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see233

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see224

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see223

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see210

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see209

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see193

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see184

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see172

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see171

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see164

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see162

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see159

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see159

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see158

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri