Icma.az
close
up
RU
Ankaranın Körpü rolu: Türkiyənin vasitəçilik şansı yüksəkdir

Ankaranın Körpü rolu: Türkiyənin vasitəçilik şansı yüksəkdir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cevat Gök: Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin təxminən 20 faizini öz nəzarətində saxlaması gözlənilir

Rusiya-Ukrayna müharibəsi üç ildir ki, beynəlxalq sistemin siyasi və təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıtmaqda davam edir. Beynəlxalq səylərə baxmayaraq, münaqişənin yaxın vaxtlarda tam həll olunacağı da sual altındadır. Bununla belə, son diplomatik hərəkətlilik, xüsusilə Türkiyənin vasitəçilik təşəbbüsləri və ABŞ-nin yeni təklifləri atəşkəs ehtimalını gündəmə gətirib. Bu fondda Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında keçirilən telefon danışığı diqqət çəkir. Kremlin məlumatına görə, tərəflər Ukraynadakı vəziyyəti və ABŞ-nin nizamlanma təkliflərini müzakirə ediblər. Putin bir daha Rusiyanın siyasi-diplomatik həll variantında maraqlı olduğunu bildirib. 

Bu dinamika münaqişənin gedişinə və mümkün atəşkəs modelinə dair yeni gözləntilər formalaşdırır.

Türk siyasi şərhçi Cevat Gök Sherg.az-a açıqlamasında bu prosesin Rusiyanın tam qələbəsi ilə başa çatmayacağını, atəşkəslə dondurulacağının ehtimal olunduğunu söyləyib:

"Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin təxminən 20 faizini öz nəzarətində saxlaması gözlənilir. Digər tərəfdən, Ukrayna NATO üzvlüyünü təxirə salacaq və ABŞ-nin zəmanətli təhlükəsizlik sazişi əldə edəcək. Görünən odur ki, Trampın 28 maddəlik planı da bu istiqamətdədir. Moskvaya təzminat ödənilməsi əvəzinə həmin ərazilərin faktiki olaraq Rusiyanın nəzarətində qalması nəzərdə tutulur. Putin isə öz tələblərindən heç bir şəkildə geri çəkilmir. Bu çərçivədə bir atəşkəs sazişinin imzalanacağı ehtimal olunur. Rusiyanın işğal etdiyi əraziləri-Krım, Donbas və Luqansk da daxil olmaqla əlində saxlayacağı və onları ilhaq edəcəyi, bunun müqabilində isə atəşkəsə razı olacağı düşünülür".

Türkiyənin siyasi rolunu vurğulayan ekspert, bildirib ki, rəsmi Ankara müharibənin başlanğıcından-2022-ci ildən etibarən daim vasitəçi rolunda çıxış edib və bu ilədək də bu rol daha da güclənib: 

"Prezident Ərdoğan həm Zelenski, həm də Putinlə mütəmadi təmasdadır. O, İstanbul prosesini yenidən canlandırıb. 2025-ci ildə Rusiya və Ukrayna heyətləri ilk dəfə olaraq İstanbulda üz-üzə görüşüblər. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə də güclü əlaqələrə malikdir. Taxıl dəhlizi və əsir mübadiləsi kimi məsələlərdə də mühüm uğurlar qazanıb. Ərdoğan Türkiyəni ideal ev sahibi kimi təqdim edib. Hər iki tərəflə eyni zamanda işləyə bilən yeganə NATO ölkəsi olduğu üçün Türkiyənin vasitəçilik şansı yüksəkdir".

Müsahibimiz ABŞ-nin də Türkiyənin vasitəçilik səylərini dəstəklədiyini qeyd edib:

"Hətta F-35 proqramına qayıdış və ya F-35-lərin satışının yenidən gündəmə gəlməsi ehtimalı belə mövcuddur. Türkiyə ABŞ-la Suriya sahəsində də əməkdaşlığını və fəaliyyətini artıra bilər. ABŞ Dövlət katibi Rubio bu mövzuda aparılan danışıqları “səmərəli” adlandırıb. Nəticə etibarilə, müsbət tərəf budur ki, Türkiyə Rusiyaya müəyyən qədər yaxınlaşsa belə, körpü rolunu davam etdirəcək. ABŞ da Türkiyənin fəaliyyətinə müsbət yanaşır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri