Icma.az
close
up
RU
Ankaranın vasitəçiliyi yenidən gündəmdə: Türkiyənin şansı ABŞ dan daha çoxdur

Ankaranın vasitəçiliyi yenidən gündəmdə: Türkiyənin şansı ABŞ dan daha çoxdur

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsmail Cingöz: Beynəlxalq ictimaiyyət Türkiyənin tərəfsiz mövqeyinə yaxşı bələddir

Türkiyə Rusiya-Ukrayna müharibəsindəki bir çox məsələdə ABŞ və NATO ilə eyni mövqedə deyil

Ukrayna-Rusiya müharibəsinin gedişində Vaşinqtonun son addımlarının Kiyevdə etimad böhranı yaratdığı bir dövrdə, Vitkofun Türkiyəyə səfəri regionda diplomatik dinamikanın yenidən hərəkətə gələcəyinə işarə edir. Münaqişənin ilk günlərindən bəri tərəfsiz mövqeyini qoruyan, Taxıl Dəhlizi Sazişində göstərdiyi effektiv vasitəçiliklə seçilən Türkiyə həm Moskva, həm də Kiyev üçün etibarlı tərəfdaş kimi qəbul olunur. Bu səbəbdən yaxın günlərdə Ankara üzərindən yeni sülh təşəbbüslərinin gündəmə gəlməsi, Türkiyənin vasitəçi kimi yenidən ön plana çıxması ehtimalı getdikcə daha çox güclənir.

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasında Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun Türkiyəyə səfərə gələcək Zelenski ilə görüşlər keçirəcəyi barədə məlumatın bir anda diqqətləri yenidən Türkiyədə vasitəçilik görüşünün təşkil olunub-olunmayacağına yönəltdiyini söyləyib:

"Donald Tramp daha əvvəl Ukrayna və Rusiyanı atəşkəsə məcbur etmək və onları davamlı sülhə yönləndirmək üçün dəfələrlə təşəbbüslər göstərib. Eyni zamanda, ABŞ Prezidentinin Ukraynanın yeraltı və yerüstü sərvətlərinə, qiymətli torpaq elementlərinə çıxış əldə etməklə bağlı fəaliyyətlərini görən Vladimir Putin, Ukraynanın ərazilərinin təxminən 20 faizini işğal etdiyi zonalara işarə edərək bildirib ki: “Ukraynanın yeraltı sərvətlərinin və qiymətli torpaq elementlərinin 80 faizi mənim nəzarətim altında olan ərazilərdədir. Mənim işğal etdiyim torpaqların Rusiyada qalmasının qəbul edilməsi şərti ilə bu elementlərdən və mədənlərdən Amerikanın istifadə etməsinə icazə verəcəyəm”. Bu səbəbdən Putinin işğalın legitimləşdirilməsi məqsədilə Donald Trampı razı salmağa çalışdığı da unudulmamalıdır. Putinin bu addımından sonra Trampın Zelenskini ərazi itkilərini qəbul etməyə razı salmağa çalışdığı müşahidə edildi. Buna görə də ABŞ-nin Ukrayna-Rusiya müharibəsində Moskvanın mövqeyinə uyğun addımlar atması Kiyevin Vaşinqtona olan etibarını ciddi şəkildə sarsıtdı. Trampın Zelenskini hərbi dəstək, logistika yardımı və beynəlxalq arenada siyasi dəstəyi dayandırmaqla hədələməsi, onu Rusiya işğalındakı ərazilərdən imtinaya məcbur etməyə çalışması Ukraynanın ABŞ-ni etibarlılığı zədələnmiş ölkə kimi qəbul etməsinə səbəb oldu". 

Politoloq Donald Trampın da etibarlılığı şübhə altına alınmış lider vəziyyətinə düşdüyünü qeyd edib: 

"Buna görə də Türkiyənin tərəfsizliyi və etibarlılığı yenidən gündəmə gəldi. Rusiya-Ukrayna müharibəsinin başladığı ilk həftədə Türkiyə Ukrayna və Rusiya xarici işlər nazirlərini Antalyada bir araya gətirdi. Həmçinin atəşkəs və sülh istiqamətində ilk təşəbbüsdən etibarən öz tərəfsiz mövqeyini qoruyan yeganə ölkə oldu. Türkiyə Taxıl Dəhlizi Sazişləri başda olmaqla Rusiya-Ukrayna müharibəsindəki bir çox məsələdə ABŞ və NATO ilə eyni mövqedə deyil. Yəni Ankara hər iki ölkə ilə yaxşı qonşuluq münasibətləri əsasında dialoqun davam etdirilməsi xəttini seçib. Buna görə də Türkiyə öz etibarlılığını dəfələrlə sübut edib. Bu faktlar nəzərə alınaraq yaxın günlərdə Rusiya-Ukrayna müharibəsinin bitirilməsi prosesində Türkiyənin vasitəçilik rolunun yenidən gündəmə gəlməsi, bunun həm Putin, həm də Zelenskinin qəbul etməsi yüksək ehtimal kimi qiymətləndirilir. Burada Türkiyənin şansı ABŞ-dan daha çoxdur. Çünki beynəlxalq ictimaiyyət Türkiyənin tərəfsiz mövqeyinə yaxşı bələddir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri