Icma.az
close
up
RU
“Anladım. Tanıdım. Yaşadım” Fazil Mustafadan yeni kitab

“Anladım. Tanıdım. Yaşadım” Fazil Mustafadan yeni kitab

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycan ictimai-siyasi fikir həyatında özünəməxsus yeri olan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çıxıb. “Anladım. Tanıdım. Yaşadım” adlı bu əsər müəllifin həm öz yaşam təcrübəsini, həm də milli-mədəni düşüncə axtarışlarını əhatə edir.

Moderator.az xəbər verir ki, Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə “AVE Print”də gün üzü görən nəfis kitab, müəllifin müxtəlif vaxtlarda qələmə aldığı esselərdən ibarətdir. Burada Fazil Mustafanın oxuduğu, öyrəndiyi, tanıdığı və birgə mübarizə apardığı şəxsiyyətlər haqqında düşüncələri təqdim olunur. Əsər xatirə və publisistik mətnlər toplusu olmaqla yanaşı, həm də düşüncə panoramı, millət və cəmiyyət fəlsəfəsinin aydın mənzərəsidir.

Kitab üç əsas bölmədən ibarətdir:

“Anladım” – müəllifin tarixdə və mədəniyyətdə dərin iz qoymuş şəxsiyyətlər haqqında esseləri;

“Tanıdım” – müəllifin şəxsən tanış olduğu və yaxından müşahidə etdiyi ədiblər, sənətkarlar, ictimai-siyasi və dövlət xadimləri ilə görüşləri, fikir mübadilələri;

“Yaşadım” – Fazil Mustafanın öz həyat yoluna, ideoloji mövqeyinə və mənəvi dünyasına səmimi baxışıdır. 

Müəllif son bölümdə özünə belə bir sual ünvanlayır: “Xeyirli ömür yaşadımmı?” – və “Yaşadım” deyə cavab verir.

“Anladım. Tanıdım. Yaşadım” bir müəllifin şəxsi təəssüratlarının toplusu olmaqla yanaşı, Azərbaycançılıq ideyasının, milli kimlik və mədəni yaddaşın, insan ömrünün fəlsəfi dəyərinin bədii-fəlsəfi ifadəsidir. Kitab oxucunu həm tarixin dərslərini anlamağa, həm çağdaş dönəmin insanlarını tanımağa, həm də öz ömrünü yaşamağa sövq edir.

Fazil Mustafanın yeni kitabı özünü və millətini dərk etmək istəyən oxucular üçün düşüncə, yaddaş kitabı kimi xarakterizə oluna bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see600

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see181

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see131

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see122

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see119

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri