Anlamalıdırlar ki, Bakı olmadan Şərq də yoxdur, təhlükəsizlik də
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
“Davos İqtisadi Forumu bu dəfə təkcə qlobal iqtisadi çağırışların zakirə olunduğu platforma deyil, eyni zamanda yeni geosiyasi reallıqların açıq şəkildə etiraf edildiyi meydan oldu. Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər, iştirak etdiyi panellər və verdiyi mesajlar bir daha sübut etdi ki, artıq nəinki Cənubi Qafqazın gələcəyi, bütövlükdə Avrasiya coğrafiyasında sülhün, sabitliyin və əməkdaşlığın yolu Azərbaycandan keçir”.
Bunu Ölkə.az xəbər veir ki, deputat İlham Məmmədov deyib.
Deputat deyib ki, bu gün qlobal siyasətdə əsas fərq liderlərin dedikləri ilə etdikləri arasındakı uçurumdur: “İlham Əliyev isə Davosda bir daha göstərdi ki, Azərbaycan liderinin əsas üstünlüyü sözlə əməl arasındakı tam uyğunluqdur. Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişə fonunda beynəlxalq qurumların acizliyi, ikili standartları və kağız üzərində qalan qətnamələri fonunda Bakı öz taleyini öz əlinə aldı. Bu, Davosda artıq mübahisə predmeti deyil, qəbul olunmuş faktdır”.
O əlavə edib ki, Əliyev Davosda xəritəni dəyişdi: “Avrasiyada yeni sülh magistralı Azərbaycandan keçir.
Prezidentin mesajlarının əsas xətti ondan ibarət idi ki, Avrasiyada yeni əməkdaşlıq arxitekturası formalaşır və bu arxitekturanın mərkəzində Azərbaycan dayanır. Nə Şimal marşrutu, nə də Cənub xətti bugünkü geosiyasi risklər fonunda etibarlı alternativ sayılır. Orta Dəhliz, enerji təhlükəsizliyi, logistik bağlantılar və iqtisadi əməkdaşlıq baxımından Bakı artıq coğrafi yox, strateji mərkəzdir.
Davosda bir daha sübut olundu ki, böyüklük ölkənin ərazisi və ya əhalisi ilə ölçülmür. Böyüklük liderin vizyonu, iradəsi və milli maraqları qorumaq bacarığı ilə ölçülür. İlham Əliyev Davosda çıxış edərkən açıq şəkildə bəyan etdi ki, Azərbaycan kiminsə gəlib onun üçün ədaləti təmin edəcəyinə inanmağı çoxdan dayandırıb. Bu yanaşma təkcə Azərbaycanın deyil, bu gün bir çox ölkələrin çıxış yolu kimi diqqətlə izlənilir.
Prezident Davosda Avropaya ünvanlanan ən sərt, amma realist mesajı verdi: Avropa Şərqlə əməkdaşlıq, enerji təhlükəsizliyi və sabitlik istəyirsə, bu yol Azərbaycandan keçir. Avropanın uzun illər bölgədə apardığı təzyiq diplomatiyası, ikili standartlar və selektiv yanaşmalar sülhə yox, gərginliyə xidmət edib. Buna baxmayaraq, Bakı geri çəkilmədi və nəticədə bu gün Avropa Azərbaycanın yaratdığı reallıqlardan faydalanmaq məcburiyyətində qalıb”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, beynəlxalq təsisatların davranışı 30 il ərzində dəyişmədi, dəyişən Azərbaycan oldu. “BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələri, ATƏT-in nəticəsiz vasitəçiliyi və beynəlxalq ictimaiyyətin passivliyi fonunda Azərbaycan öz gücünə arxalandı və nəticə əldə etdi. Bu yanaşma Davosda artıq alternativsiz model kimi təqdim olunur.
Bu gün “Əliyev faktoru” dedikdə, təkcə liderin şəxsi keyfiyyətləri yox, bütöv bir dövlət idarəetmə fəlsəfəsi nəzərdə tutulur: suverenlik, milli maraqlar, çevik diplomatiya və gücə söykənən sülh. Məhz bu strategiya nəticəsində Azərbaycan Avrasiyada yeni siyasi və iqtisadi reallıqlar yaradıb.
Serbiya Prezidenti Aleksandar Vuçiçin “Qafqaz ölkələri Avropa ilə Asiya arasında qovşaqdır” fikri faktiki olaraq Bakının oynadığı rola verilən beynəlxalq qiymətdir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın sülhün alternativsiz olduğunu etiraf etməsi isə yeni reallığın ən açıq göstəricisidir. Türkiyənin “Limak Holdinq” şirkətinin rəhbəri Ebru Özdemirin vurğuladığı kimi, investisiya yalnız uzunmüddətli sabitlik və sülh olan yerə gəlir və bu gün regionda bu şərtləri təmin edən əsas aktor Azərbaycandır.
Davos Forumu bir daha göstərdi ki, Azərbaycan artıq regional proseslərin obyektinə yox, subyektinə çevrilib. Prezident İlham Əliyevin Davosda keçirdiyi siyasi master-klass dünya liderlərinə açıq mesaj oldu: sülh zorla yox, güclü iradə, milli birlik və realist siyasətlə qurulur. Avrasiyanın gələcəyi də məhz bu model üzərində formalaşır və bu modelin mərkəzində Bakı dayanır”, – o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















