Icma.az
close
up
RU
Sürücülər niyə aqressivləşir? Anlamalıdırlar ki...

Sürücülər niyə aqressivləşir? Anlamalıdırlar ki...

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb. Hadisəyə “Bakubus” MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub. Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, bütün sürücülər yol hərəkəti qaydalarına tam şəkildə əməl etsələr, bu cür problemlərin böyük əksəriyyəti ümumiyyətlə yaranmaz:
“Təəssüf ki, reallıqda bir çox sürücü qaydalara laqeyd yanaşır və nəticədə xoşagəlməz hadisələr baş verir. Yol hərəkəti qaydaları insanların təhlükəsizliyini təmin etmək üçün müəyyən olunub. Qaydaların pozulması isə həm sürücülərin, həm də piyadaların həyatını risk altına qoyur. Çox vaxt qəzalar sürətin həddindən artıq artırılması, diqqətsizlik və ya yol nişanlarına məhəl qoyulmaması səbəbindən baş verir. Halbuki bir az diqqətli olmaq və məsuliyyətli davranmaqla bu riskləri minimuma endirmək mümkündür. Sürücülər anlamalıdır ki, sükan arxasında yalnız özlərinə deyil, digər insanlara da cavabdehdirlər. Qaydalar yalnız cərimədən yayınmaq üçün deyil, həyatları qorumaq üçün mövcuddur. Hər kəs bu məsuliyyəti dərk etsə, yollar daha təhlükəsiz və rahat olar”.
Qeyd edək ki, paytaxtın Yasamal rayonunda taksi və avtobus sürücüsü arasında baş verən insident araşdırılıb. 77-EP-331 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Zabit Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri