Anna Yusupova: “Dünya çempionatında iştirak etmək mənə qiymətli təcrübə qazandırdı”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak Azərbaycan atletika millisinin üzvü Anna Yusupova üçün dəyərli təcrübə olub.
“Nəticəm ən yaxşı göstəricilərimdən biri olmasa da, bu yarış mənim üçün çox dəyərli təcrübə oldu. Çempionatın keçirildiyi tras çox yaxşı və sürətli idi, hava şəraiti də qaçış üçün ideal sayılırdı. Sadəcə, müəyyən hissələrdə külək bir qədər mane olurdu”, - deyə A.Yusupova report.az-a açıqlamasında söyləyib.
Milli üzvü hazırlıq səviyyəsi və turnirdəki dünya rekordu barədə də danışıb:
“Yarış mövsümünə yeni başlamışam və hələ tam olaraq pik formama çatmamışam. Buna baxmayaraq, dünya çempionatında iştirak etmək mənim üçün böyük uğurdur və bu səviyyədə yarışmaq mənə çox qiymətli təcrübə qazandırdı. Üstəlik, bu çempionatda qadınlar arasında yarımmarafonda dünya rekordu qeydə alındı. Belə bir tarixi anın canlı şahidi və həmin yarışın bir parçası olmaq mənim üçün çox xoş və qürurverici idi”.
Qeyd edək ki, yarımmarafonda A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















