Icma.az
close
up
RU
Anomal istilər Avropanı sınağa çəkir: Ərzaq qıtlığı yaranıb

Anomal istilər Avropanı sınağa çəkir: Ərzaq qıtlığı yaranıb

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Anomal istilər nəticəsində Avropada kartof qıtlığı yaranıb. Bu vəziyyət həm qiymətlərin artmasına, həm də kartof-fri porsiyalarının kiçilməsinə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

"Energy and Climate Intelligence Unit" təşkilatının analitiklərinin hesablamalarına görə, ekstremal hava şəraiti 400-620 milyon avro dəyərində olan təxminən 3.1 milyon ton məhsulu məhv edib. Eyni zamanda, 2025-ci ilin rekord məhsul yığımından sonra yaranan məhsul bolluğunun qiymətləri ucuzlaşdırması və fermerləri əkin sahələrini azaltmağa məcbur etməsi səbəbindən əlavə olaraq 3.6 milyon ton kartof əkilməyib.

Almaniya, Fransa, Belçika və Niderlandda bu il kartof istehsalının həcmi ötən ilki 27.3 milyon tonluq rekord göstəricidən 19.5-20.5 milyon tonadək azala bilər.

"Əgər proqnozlar özünü doğruldarsa, biz cəmi bir il ərzində rekord maksimumdan rekord minimuma enmiş oluruq", - deyə "Expana" şirkətinin analitiki Kreyq Elliott bildirib.

İsti hava xüsusilə Fransaya ağır zərbə vurub. Bəzi bölgələrdə məhsuldarlıq təxminən 20% azalıb, çıxarılan kartofun böyük hissəsi isə emal üçün həddindən artıq xırda olub. İstehsalçılar artıq kartofun ölçüsü ilə bağlı tələbləri yumşaltmağa başlayıblar. Yaranmış qıtlıq qiymətlərlə bağlı vəziyyəti də kəskin şəkildə dəyişib. Avropanın bəzi hissələrində emal üçün nəzərdə tutulan yeni məhsulun bir tonu ötən il 30 avro olduğu halda indi 250 avroya satılır. Fransada isə sentyabrın əvvəlinə ərzaq kartofunun bir tonunun qiyməti 310 avrodan 520 avroya qədər yüksəlib.

Ekspertlərin rəylərinə əsasən, əvvəlki məhsulun ehtiyatları təxminən Milad bayramına qədər kifayət etməlidir. Lakin Pasxa bayramı ərəfəsində kartof çatışmazlığının fəsadları Avropa mağazalarının rəflərində artıq nəzərə çarpacaq dərəcədə hiss oluna bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri