Icma.az
close
up
RU
“ABŞ Avropanı Ukrayna müharibəsində sınağa çəkir” SİYASİ ŞƏRHÇİ

“ABŞ Avropanı Ukrayna müharibəsində sınağa çəkir” SİYASİ ŞƏRHÇİ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ, Donald Tramp administrasiyasından bəri ilk dəfə olaraq yeni prioritetləri müəyyən edən yenilənmiş Milli Təhlükəsizlik Strategiyasını dərc edib.

Bildirilib ki, əsas məqamlar NATO-nun gələcəyi və ABŞ-ın özünün dünya nizamının qorunmasındakı rolu ilə bağlıdır.

Ağ Ev tərəfindən dərc edilən 33 səhifəlik sənədə görə, Vaşinqton artıq qlobal nizamı təkbaşına qoruyan “Atlas” rolunu oynamaq niyyətində deyil.

Bunun əvəzinə, ABŞ müttəfiqlərini, xüsusən də Avropadakıları öz bölgələrində öz təhlükəsizlikləri və sabitlikləri üçün daha böyük məsuliyyət daşımağa çağırır. Strategiyada NATO-nun davamlı genişlənmə vəziyyətində olan bir təşkilat kimi qəbul edilməməli olduğu vurğulanır.

Bu, ittifaqın gələcəyi ilə bağlı sual doğurur, çünki maraqları və ittifaq üçün baxışları onun başlanğıcında duranlardan fərqli ola bilər.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası daha çox iqtisadi əlaqələrə və təhlükəsizlik məsələlərinə yönəlib:

“Rusiya ilə Ukrayna məsələsində müharibə deyil, danışıqlara üstünlük verilməsi bu sənətdə öz əksini tapır. Ümumiyyətlə, Rusiyaya münasibət əvvəlki dövrlərlə müqayisədə daha mülayimdir. Rusiya əvvəlki kimi düşmən, rəqib və s. kimi qəbul edilmir. Rusiyaya tərəfdaş kimi yanaşılır və iqtisadi əlaqələrinin inkişaf etdirilməsi kontekstində qiymətləndirilir.

Eləcə də, Ukrayna məsələsində sanki ABŞ bu strategiya ilə Avropanı sınağa çəkir. Əvvəllər ABŞ Avropa İttifaqının təhlükəsizliyini təmin edən əsas tərəfdaş idi. Lakin Avropa İttifaqı hələ də Rusiya ilə ticarət əlaqələrini saxlayır ki, bu da ABŞ tərəfindən qəbul edilməyən və bəyənilməyən bir məsələdir. Bu strategiyada da, Ukrayna müharibəsi fonunda bu məsələlər ön plana çıxır”.

O əlavə edib ki, ABŞ Avropa İttifaqına daha çox təhlükəsizlik məsələləri, güclü dövlət olmaq, güclü mərkəzə çevrilmək, insan haqlarını qorumaq və başqalarının daxili işlərinə müdaxilə etməmək kimi vəzifələr qoyur.

“Bu isə ABŞ ilə Avropa İttifaqı arasında müəyyən qarşıdurmaya səbəb ola biləcək faktordur. Rusiya məsələsində, daha doğrusu Rusiyanın Ukraynada apardığı müharibə məsələsində, ABŞ Avropaya yerini göstərir və bu məsələdə məsuliyyəti ona həvalə etmək istəyir. Ötən illərin təcrübəsi göstərir ki, Avropa İttifaqı Rusiyayla Ukrayna müharibəsində qətiyyətsiz və zəif mövqelər nümayiş etdirib, çoxsaylı bəyanatlar verib, lakin yardımlar etməyib. Rusiya ilə bu günə qədər təbii qaz ticarətində əlaqələr davam edir. Bu isə ABŞ-ı qıcıqlandırır.

Başqa sözlə, Avropa İttifaqı Ukrayna məsələsində Rusiyayla ABŞ-ın anlaşmasına mane olur və ABŞ bu maneyəni ictimai strategiyada açıq şəkildə vurğulayır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri