Icma.az
close
up
RU
Antalya forumu: İlham Əliyev dünyada böyük maraqla qarşılanır…

Antalya forumu: İlham Əliyev dünyada böyük maraqla qarşılanır…

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Fəzail İbrahimli

Milli Məclisin deputatı

Bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli meyillər üzərində qurulur və yeni nizamın formalaşması üçün beynəlxaq platformalarda diskusiyaların, fikir mübadilələrinin aparılmasına çox ehtiyac var.

2021-ci ildə qurulan Antalya Diplomatik Forumu xüsusilə regional müstəvidə dialoqun yaradılması, problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib. Ölkəmiz də bu forumun fəal iştirakçılarındandır. Azərbaycan nümayəndə heyətinin builki foruma Prezident İlham Əliyevin rəhbərliyi ilə qatılması təsadüfi deyil. Mövcud geosiyasi proseslər, xüsusilə ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verənlər regiondakı hadisələrə təsir edir. Bu forum regionun gələcəyinin müzakirəsini daha da aktualaşdırır. Həmçinin Azərbaycan bölgənin aparıcı ölkələrindən biri kimi perspektivlərin müzakirəsinə, həmçinin bölgənin gələcəyi ilə bağlı atılacaq addımlara mühüm töhfə verə bilər.

Nəhayət, forum rəsmi Bakı üçün həm də iştirakçı ölkələrlə təmasların qurulması baxımından əhəmiyyətlidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda baş verən proseslərdə deyil, eyni zamanda Yaxın Şərqdəki gərginliklərin azaldılmasında da fəal iştirak edir. Bu gün Suriyada , Qəzzada və eləcə də İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycan aparıcı rola malikdir. Bu da Azərbaycanın regional yox, həm də qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan artıq regional məsələlərlə yanaşı qlobal proseslərə təsir imkanlarına sahibdir.

Forum çərçivəsində Azərbaycan Prezidenti Suriya, Sudan, Türkiyə, Gürcüstan və digər dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə həm Cənubi Qafqazda, həm Yaxın Şərqdəki məsələlər müzakirə edilib. Forum çərçivəsində Azərbaycan liderinin diplomatik təmasları, ölkəmizin panel iclaslardakı mövqeyi Suriya ilə bağlı, İran və İsrail ilə əlaqədar olan mövzularda müzakirələr, nəticə və yaranmış durumun həll yolları üzərində hansı işlərin görülməsini şərtləndirəcək. Azərbaycanın keçmiş Qarabağ probleminin həllindəki böyük təcrübəsi regionda hazırki gərgin durumdan çıxış yollarının tapılmasında da öz töhfəsini verəcək.

Antalya forumunun məzmunu, sadəcə bir regional problemə diqqət çəkməklə məhdudlaşmadı. Bu konfrans, eyni zamanda Qərbi Azərbaycan mövzusunun beynəlxalq hüquq, insan haqları və tarixi ədalət prizmasından dəyərləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb eetmiş oldu. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququnun təmin olunması məsələsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq hüququn nüfuzunun qorunması baxımından da önəmli sınaqdır.Antalya Diplomatiya Forumunda Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi bu istiqamətdə həyata keçirilən strategiyanın artıq regional və beynəlxalq platformalarda öz siyasi çəkisini və təsir imkanlarını göstərdiyini nümayiş etdirdi.

Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir. Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri