Icma.az
close
up
RU
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu ŞƏRH

Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“BMT-nin zəifliyi ifşa olundu, beynəlxalq sistem böhran həddindədir”

Antalya Diplomatiya Forumu siyasi təlatümlərin dünyamızda nə kimi izlər buraxdığını bir daha ortaya qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi Antalya Forumunda 150 dövləti təmsil edən iştirakçılar geosiyasi gərginlik, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiqləri müzakirə etdilər. Qeyd edək ki, Beşinci Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" idi. 

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirdi ki, Antalya Forumu təhlükəsizliyə və qlobal ticarətin inkişafina çağırış oldu: 

- Orta Şərqdə və həmçinin Cənubi Qafqazda hər zaman sabitliyi pozmaq istəyən qüvvələr olub və olacaq. Bu regionların strateji əhəmiyyəti, zəngin təbii ehtiyatları və digər faktorlar iddialı ölkələrin maraqlarını toqquşdurur. Regiona maraq göstərən bu ölkələrin ziddiyyətli münasibətləri, imperiya düşüncələrindən əl çəkməmələri bölgəyə təhdiddir. Beynəlxalq hüquqa etinasızlıq, BMT-nin gücsüz, dişsiz quruma çevrilməsi real vəziyyətin xeyli ağırlığından xəbər verir. Əgər diplomatiya arxa plana keçirsə, o zaman silahlar işə düşür.

Məhz belə məqamda V Antalya Diplomatiya Forumu baş tutdu. Toplantıda region və həmçinin dünya üçün əhəmiyyətli təkliflər səsləndirildi. Əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu. Bu forum fikir bildirmək və mövcud vəziyyəti təhlil etmək üçün önəmli platforma idi. Müşahidələrimizə əsasən onu qeyd etmək olar ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı status -kvo və Ermənistanla münasibətlərin normallaşdırılması, ən əsası sülh modeli geniş auditoriyaya təqdim olundu. Qlobal ticarətin inkişafı və əsası təhlükəsizliyin davamlı təmin edilməsi ilə bağlı fikirlər səsləndi. Xüsusilə,Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirdi: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regiondakı bütün ölkələrin inkişafına töhfə verəcək”. Təbii ki, Orta Şərqi qan gölünə çevirmək istəyən qüvvələrin öz iddialarından, regiona dəhşət saçan taktikalarında çəkindirmək üçün daha kəskin addımlara ehtiyac var. BMT-nin gücsüz duruma düşməsi, beynəlxalq hüququn başıqapazlı olması ABŞ-İsrail-İran müharibəsinin başa çatmasına imkan verməyəcək. Amma, lakin yeni mərkəzlərinin formalaşması belə qanlı toqquşmaları durdura bilər. Artıq elə güc mərkəzinin konturları sezilməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Aprel 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri