Icma.az
close
up
RU
Antalya Forumunda diplomatik döyüş

Antalya Forumunda diplomatik döyüş

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır”. 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən panel müzakirəsində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyana cavabında belə deyib. Mirzoyan analoji konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını iddia edib. 

Ceyhun Bayramov cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı, Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı. Ceyhun Bayramov qeyd edib ki, konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. 

Bu baxımdan, sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq. Azərbaycan XİN rəhbəri Ermənistanın müvafiq konstitusiya dəyişikliyininin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb. Ceyhun Bayramov onu da əlavə edib ki, konstitusiya dəyişikliyi ilə dövlətlərarası münasibətlərin tənzimlənməsinə dair analoji hallar da mövcuddur və bu məsələ Azərbaycanın mövqeyinin maksimalist olması kimi qiymətləndirilə bilməz. “Burada qeyri-adi heç nə yoxdur və ya bu, Azərbaycanın mövqeyinin maksimalist olduğu anlamına gəlmir. 

Nazir Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan konstitusiyası ilə bağlı bənzər narahatlıqları ilə bağlı son arqumentinə gəlsək, hər şeydən əvvəl bu reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının hər hansı coğrafi ərazi adı qeyd edilməyib. Düşünürəm ki bizim erməni həmkarlarımız bunu çox yaxşı bilirlər, əksi olsaydı onlar əminliklə bu məsələni qaldırardılar. Çünki Ermənistanın, Azərbaycanın və Türkiyənin hüquqi sistemləri az-çox eynidir. Siz ölkənin konstitusiyasına zidd olan beynəlxalq razılaşma imzalaya bilməzsiniz”, - Ceyhun Bayramov Mirzoyana cavabında bildirib. 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”na eyham vurur. Azərbaycan Konstitusiyasının preambula hissəsində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürülür. Həmin aktın 2-ci maddəsinə görə, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Həmin dövrdə Azərbaycan dövlətinin ərazisi 114 min kv.km.-ə yaxın olub. Bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın 20 min kv.km-dən artıq ərazisi qanunsuz şəkildə Ermənistana pay verilib. 

Nəticədə, Azərbaycanın ərazisi 86,6 min kv.km. qalıb. Ermənistanı narahat edən də Azərbaycan Demokratik Respublikasının siyasi varislik məsələsinin konstitusiyada yer alması ilə bağlıdır. Çünki 1918-1920-ci illərdə İrəvan quberniyasında qanunsuz yaradılmış Ermənistan (Ararat) Respublikasının ərazisi 9 min kvadrat kilometr təşkil edib. Hazırda sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində Azərbaycanın öz tarixi torpaqlarını geri tələb etmək hüququ var. Ararat Mirzoyanın Azərbaycan Konstitusiyasına dəyişiklik məsələsini dilə gətirməsi Ermənistanın bu prosesi pozmaq cəhdindən xəbər verir. Halbuki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası yer almayıb. 

Ancaq Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanınb Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirlməsinə dair 1989-cu il dekabrın 1-də qəbul edilmiş qanunsuz qərar əsas götürülür. Yəni de-yure Ermənistan konstitusiyasənda Azərbaycana qarşı ərazi iddiası yer alıb. Azərbaycan Ermənistandan referendum keçirərək konstitusiyadan preambula hissəsini çıxartmağı tələb edir. 

Əks təqdirdə, Azərbaycanla sülh müqaviləsi imzalansa belə, Ermənistan parlamenti konstitusiyaya zidd olduğuna görə, bu sənədi ratifikasiya edə bilməz. İkincisi, konstitusiyaya dəyişiklik edilməməsi gələcəkdə Ermənistanda hakimiyyətə gələcək istənilən siyasi qüvvənin sülh müqaviləsindən imtina etməsi və Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə nəticələnə bilər. Məhz bu səbəbdən nazir Ceyhun Bayramov Mirzoyandan ilk növbədə konstitusiyanı dəyişməyi tələb edib. 

Digər tərəfdən, Azərbaycan Ermənistandan Ararat Respublikasının siyasi varisliyindən imtinanı tələb etmir. Rəsmi İrəvan isə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi məsələsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim edir. Ermənistan istənilən qədər Ararat Respublikasının varisi ola bilər və Azərbaycan buna etiraz etmir. Bu hüquqi mənqtiqlə Ermənistanın ərazisi 9 min kv.km. olmalıdır. Həmin sənədi isə Ermənistan əhalisi Azərbaycanın tələbi ilə deyil, özləri 1995-ci il noyabrın 7-də ümumxalq səsverməsi ilə qəbul edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Antalya Forumu Ceyhun Bayramov Mirzoyan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri