Icma.az
close
up
RU
Antalyada xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirildi Fotolar

Antalyada xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirilib, fəaliyyətləri müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, müxtəlif ölkələrdəki Azərbaycan Evlərinin və Mədəniyyət Mərkəzlərinin rəhbərləri, media təmsilçiləri iştirak edib.

Müzakirələr zamanı Azərbaycan Evlərinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub, evlərin mədəniyyətimizi, dilimizi və milli kimliyimizi qorumaq istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Evləri soydaşlarımızın elmi və intellektual potensiallarının birləşdirilməsi, mədəni və ictimai əlaqələrin möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm platforma rolunu oynayır.

Xaricdəki Azərbaycan Evlərinin rəhbərləri hesabat xarakterli çıxışlar edib, mədəniyyət diplomatiyasına verə biləcəkləri töhfələri bir daha xatırladıblar.

Daha sonra “Azərbaycan Evləri” konsepsiyasına yeni baxış bucaqlarını özündə ehtiva edən, yaxın illər üçün hədəfləri və işlək mexanizmləri müəyyən edən təqdimat iştirakçıların diqqətinə çatdırılıb. Təqdimat böyük marağa səbəb olub və onun ətrafında geniş müzakirələr aparılıb.

Görüşdə, həmçinin xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan “Milli Dilli” onlayn dərs layihəsinin təqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin ideya müəllifi və rəhbəri, Niderland Krallığında yaşayan soydaşımız Sevinc Əliyeva “Milli Dilli” haqqında geniş məlumat verib, gələcək inkişaf istiqamətlərini nəzərə çatdırıb, layihənin hər kəs üçün əlçatan olduğunu bildirib. Layihə barədə videoçarx təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri xaricdəki Azərbaycan Evləri rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.

Əlavə edək ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi var. Hər bir Azərbaycan Evində həftəsonu məktəbləri fəaliyyət göstəri








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri