Icma.az
close
up
RU
Antalyada “Traktor” və Güney Azərbaycan rüzgarı FOTOLAR

Antalyada “Traktor” və Güney Azərbaycan rüzgarı FOTOLAR

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Antalya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə 4-cü Beynəlxalq Antalya Yörük-Türkmən Festivalı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, festival təkcə Yörük mədəniyyətinin deyil, eyni zamanda Türk dünyasının ortaq dəyərlərinin bir araya gəldiyi simvolik bir tədbirə çevrilib. Festivalda Güney Azərbaycandan olan “Traktor” azarkeşləri qrupu xüsusi çadır quraraq tədbirə damğa vurub.

Güney Azərbaycandan tüksələn səs: “Traktor” azarkeşləri

Güney Azərbaycan türklərinin təşkil etdiyi “Traktor” azarkeşləri qrupu, qurduqları çadırla festivalda həm mədəni, həm də siyasi baxımdan mühüm bir mesaj verdilər. Çadırda “Traktor” futbol komandasının bayraqları ilə yanaşı, Güney Azərbaycan Milli Mübarizə bayrağı, Bütöv Azərbaycan bayrağı və digər Türk dövlətlərinin bayraqları da nümayiş etdirildi. Bu simvollar vasitəsilə “Traktor”un təkcə bir komanda yox, Türk dünyasının birliyi və dirənişinin rəmzi olduğu vurğulandı.

Çadırda illərdir İran rejiminin təzyiqlərinə baxmayaraq stadionlarda açılmış pankartların, Azərbaycan və Türkiyə bayraqlarının fotoları sərgiləndi. Bu görüntülər “Traktor”un sadəcə bir futbol klubu olmadığını, İran türklərinin azadlıq kürsüsü və susdurulmuş bir millətin səsi olduğunu nümayiş etdirdi.

“Azadlıq, Ədalət, Milli Hökumət” - Dirənişin Yol Xəritəsi

Çadırın mərkəzində asılmış “Azadlıq, Ədalət, Milli Hökumət” yazılı pankart festival iştirakçılarının böyük marağına səbəb oldu. Bu şüar Güney Azərbaycan türklərinin illərdir səsləndirdiyi əsas siyasi tələbi və milli iradəsini əks etdirirdi.

“Traktor” bayraqlarının üzərində yer alan “Azərbaycan yurdumuz, “Traktor” bozqurdumuz” şüarı isə tədbirin simvolik sözlərindən birinə çevrildi. Türk dünyası üçün strateji əhəmiyyətə malik olan Urmiyə ilə bağlı “Urmiyə türkündür, türkün qalacaq” şüarı da ayrıca diqqət çəkdi.

Milli ruhu canlandıran musiqi və rəqslər

Çadır qarşısında Azərbaycan xalq rəqsləri, Zəngəzur və Sulduz yöndəmsəl halayları ifa olundu. Milli ruhu əks etdirən musiqilər səsləndi. Ziyarətçilər əllərində Güney Azərbaycan, Qaşqay və digər türk yurdlarının bayraqları ilə şəkillər çəkdirərək həmrəyliyə çağırış etdilər.

Çadır, ziyarətçilər üçün sadəcə bir istirahət məkanı yox, tarix, mübarizə və milli şüurun canlı bir təmsilçisinə çevrildi. Festival boyu çadırın qarşısı izdihamla doldu.

GRUP GÖKTÜRKLER səhnəsində tarixi an

Festivalın son günündə səhnəyə çıxan GRUP GÖKTÜRKLER musiqi qrupunun konserti zamanı yadda qalan anlar yaşandı. Müğənni Bilgə Kağan Kara “Traktor” azarkeşlərini səhnəyə dəvət edərək onlara təşəkkür etdi və “Siz Türk dünyasının qürurusunuz” dedi. O, “Traktor” azarkeşlərinin hədiyyə etdiyi atkını qəbul edib, səhnədə digər Türk boylarının bayraqları ilə birlikdə dayanaraq böyük həmrəylik tablosu yaratdı.

Antalyadan Güney Azərbaycana salam

Festivalın sonunda iştirakçılar tərəfindən Güney Azərbaycan və “Traktor” haqda müsbət və dəstəkverici fikirlər səsləndirildi. Ümumi qənaət bu idi ki, “Traktor” sadəcə idman klubu yox, Türk dünyasının birliyini və azadlıq mübarizəsini təmsil edən bir simvoldur.

Bu ilki Yörük-Türkmən Festivalı yalnız mədəni irsi deyil, eyni zamanda çağdaş dövrün siyasi və ictimai mesajlarını da özündə birləşdirən unudulmaz bir tədbir oldu.

Festivalda iştirak edən “Türk İləri” Təşkilatı da Güney Azərbaycandakı qardaşlarının yanında olmaqla Türk dünyasına mühüm mesaj verdi:

“Güney Azərbaycan Türk dünyasının qızıl körpüsüdür və bu məsələ Türk dünyasının əsas davası olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri