Antarktidada qəribə tapıntı edən “Ran” sualtı gəmisi qəflətən yoxa çıxıb
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
…İsveç alimləri Antarktidadakı Dotson buz şelfinin əriyən buzlarını tədqiq edən avtonom sualtı “Ran” gəmisi ilə əlaqəni kəsiblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2024-cü ildə ilk missiyası zamanı “Ran” sualtı qayığı müəmmalı şəraitdə yoxa çıxıb.
Tədqiqatçılar qeyd edirlər ki, rabitə itkisi buzun altında naməlum mürəkkəb strukturların aşkar edildiyi anda baş verib.
Qeyd edək ki, qurğunun əsas vəzifəsi Qərbi Antarktidadakı Dotson buzlaqının içini araşdırmaq və buz örtüyünü yuxarıdan skan etmək olub.
27 gün ərzində “Ran” qalın buzun altında 100 kilometrdən çox məsafəni uğurla qət edib. Bununla belə, çoxsaylı yüksəkliklərə malik mürəkkəb subqlasial relyefin aşkar edildiyi anda cihaz radardan itib.
Maraqlıdır ki, hazırda İsveç alimləri baş verənlərlə bağlı dəqiq izahat verə bilmirlər.
…İtkinin bir neçə mümkün səbəbi ola bilər: mümkün torpaqlama, sualtı nəqliyyat vasitəsinə xarici təsir və ya ciddi texniki nasazlıq.
Deyim ki, bu istiqamətdə araşdırmalar hələ də davam edir.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 Mart 2025 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















