Icma.az
close
up
RU
Antarktidada mühüm tapıntı: buzların altından çıxanlar heyrətləndirdi

Antarktidada mühüm tapıntı: buzların altından çıxanlar heyrətləndirdi

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Antarktikada buzlağın qopması əsrarəngiz dəniz ekosistemini üzə çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Məlumata görə, alimlər Antarktida sahillərində nəhəng buzlağın qopmasından sonra dəniz dibində zəngin ekosistem aşkar ediblər. Qopan buzlaq 510 kvadrat kilometrlik bir ərazini ortaya çıxarıb və burada əsrlərdir mövcud olduğu güman edilən fövqəladə bioloji müxtəliflik qeydə alınıb.

Daha əvvəl insan ayağı dəyməmiş bu ərazidə nəhəng mərcanlar və süngərlər, həmçinin dəniz hörümçəkləri, ahtapotlar və balıqlar yaşayır.
1300 metr dərinlikdə yerləşən bu ekosistem okeanın üzərindəki buz qatlarının altında həyatın necə davam etdiyini anlamaq üçün mühüm mənbədir. Qalınlığı 150 metrə çatan buzla örtülü bir ərazidə bu qədər canlı növünün necə sağ qala bilməsi alimlər üçün hələ də sirr olaraq qalır.

“Bu fürsəti qaçırmamaq üçün ekspedisiya planımızı dərhal dəyişdik və dərinliklərdə baş verənləri araşdırmağa qərar verdik. Açığı, belə gözəl və zəngin bir ekosistem tapacağımızı gözləmirdik. Burada müşahidə etdiyimiz canlıların ölçülərinə və yaş xüsusiyyətlərinə baxsaq, onların on illər, bəlkə də yüz illərdir ki, bu ekosistemdə mövcud olduğunu düşünə bilərik”, – araşdırmalarda iştirak edən Patrisiya Eskit bildirib.

Alimlər hesab edirlər ki, okean cərəyanları dəniz dibinə qida maddələri daşıyaraq buz qatının altındakı həyatın davamlılığını təmin edə bilər. Bu kəşf gələcəkdə Antarktida ekosistemlərinin daha dərindən öyrənilməsinə və bu sirli dünyanın yeni sirlərinin açılmasına səbəb olacaq.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Mart 2025 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri