Icma.az
close
up
RU
Antarktidadan kəhrəba tapıldı FOTO

Antarktidadan kəhrəba tapıldı FOTO

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər ilk dəfə olaraq Antarktidada elə də böyük ölçüsü olmayan kəhrəba aşkar ediblər. Bu qiymətli tapıntı qitədə bitən meşələri də araşdırıb öyrənməyə kömək edib.

Azpost.info bildirir ki, Böyük Britaniyanın elm ocağı kimi dünya şöhrəti qazanan Kembric Universitetinin əməkdaşı Coan Filipp Kleyqsin rəhbərlik etdiyi bir qrup alim Antarktidada ilk dəfə kəhrəba kəşf edib. Qalıq qatran parçaları təxminən beş santimetr qalınlığında olan linyit qatında tapılıb.

Bu gözoxşayan, qiymətli daş qitənin qərb hissəsindəki Şam adasının şelfində aşkar olunub. İlk nadir tapıntı həmçinin də belə bir qənaətə gəlməyə əsas verir ki, 83-92 milyon il əvvəl Antarktidada iynəyarpaqlı ağacların bitdiyi meşələr mövcud olub və onlar bataqlıq ərazilərdə artıb, çoxalıb.

“Bu ətraf mühitin şəraiti ağacın, eləcə də digər bitki qatranlarının tam qorunması və daşlaşması üçün idealdır. Çünki ancaq bunun üçün fosilləşməyə uyğun kimyəvi tərkibə malik qatran istehsal edən çoxlu sayda ağaclar, həmçinin tam oksigendən məhrum olan basdırılma, yetişmə şəraiti lazım gəlirdi” – söyləyən tədqiqat müəllifi Coan Filipp Kleyqs bildirib.

Alimlər yeni aşkar edilmiş nadir materialı qurudublar, daha sonra isə bu kəhrəbanı araşdırmaq üçün mikroskopiyadan, eləcə də flüoresan mikroskopiyasından istifadə etməklə, tədqiqatına başlayıblar. Sonda təmizlənən, həmçinin Şərqdə ənbər daşı adlandırılan kəhrəba tamamilə şəffaf bir rəng alıb və saf, keyfiyyətli hala gətirilib.

Tədqiqat müəlliflərinin fikrincə, yeni kəşf olunan bu nadir kəhrəba daşı tamamilə öz formasını almaqdan ötrü çox münbit bir şəraitdə əmələ gəlib. Elm adamlarının dediyinə görə isə əslində yeni tapılmış bu daş heç də çox dərinlikdə deyil, dayaz bir bataqlığın yerləşdiyi ərazinin alt qatında olan dərinlikdə yatdığından, həmçinin də orta temperaturda olduğundan kəhrəba formasını alıb.

Məhz bu yeni kəhrəba kəşfinin sayəsində ətraflı, geniş elmi araşdırmalara başlayan alimlər Antarktidanın qədim meşələrinin necə meydana gəldiyini, bu ərazilərdəki meşələrin, göllərin hansı ekosistemin bir hissəsi olduğunu və milyon illərin tarixini özündə gizləyən həmin təbiətin o dövrün şərtlə necə uyğunlaşdıqlarını tədqiq edib elmi nəticələr əldə etməklə, Antarktidanı tam anlaya biləcəklərinə ümid edirlər.

Oqtay Qorçu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri