Icma.az
close
up
RU
Niyə təyyarələr düz xətt üzrə uçmur və Antarktidadan yan keçir?

Niyə təyyarələr düz xətt üzrə uçmur və Antarktidadan yan keçir?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir nöqtədən digərinə ən qısa yol düz xəttdir, lakin aviasiyada bu qayda hər zaman işləmir. 

Qaynarinfo xəbər verir ki, təyyarələrin marşrutları həm Yer kürəsinin formasına, həm də uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq müəyyən edilir.

Niyə təyyarələr düz xətt üzrə uçmur?

Diplomlu uçuş planlaşdırma dispetçeri Anastasya Troya bildirir ki, adi xəritədə marşrut düz xətt kimi görünə bilər, lakin Yer kürəsi kürə deyil, ellipsoid formadadır. Buna görə də reallıqda təyyarələr böyük dairələrin qövsü üzrə uçurlar. Bundan başqa, havada çoxlu sayda təyyarə olduğundan onların toqquşmaması üçün fərqli və optimal marşrutlar müəyyən edilir.

Niyə təyyarələr Sakit okean üzərindən uçur, amma Antarktida üzərindən yox?

Ekspertin sözlərinə görə, Sakit okean üzərindən uçuşlar əslində mövcuddur - məsələn, Yaponiya və ya Avstraliyadan ABŞ-a və Kanadaya reyslər həyata keçirilir. Bu istiqamətdə uçmaq şərq marşrutu ilə daha sürətli olur və belə uçuşlar 10–15 saat davam edə bilər.

Amma Antarktida üzərindən kommersiya uçuşları baş tutmur. Buna səbəb təhlükəsizlik amilləridir. Qitədə təcili eniş üçün uyğun hava limanı yoxdur, havanın temperaturu isə -60 dərəcəyə qədər enə bilər. Belə şəraitdə eniş mümkün olsa belə, sərnişinlərin xilasedicilər gələnədək sağ qalması böyük risk altındadır.

Bundan əlavə, Antarktida üzərində güclü maqnit anomaliyaları müşahidə olunur ki, bu da GPS sistemlərinin və radiodalğaların işinə ciddi mane olur. Belə vəziyyətdə təyyarənin dəqiq mövqeyi təyin edilə bilməz və xilasetmə xidmətləri ilə əlaqə qurmaq çətinləşir.

Şimal qütbü isə fərqli vəziyyətdədir. Troyanın sözlərinə görə, orada rabitə daha sabitdir və GPS sistemi yaxşı işləyir. Bundan başqa, qəza halında təyyarələr Kanadada, Norveçdə və ya Qrenlandiyada təcili eniş edə bilirlər.

Beləliklə, təyyarələrin marşrutları Yer kürəsinin forması, hava şəraiti, naviqasiya imkanları və təhlükəsizlik qaydaları nəzərə alınaraq hazırlanır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri