Anti Azərbaycan mövqeyi ilə tanınan senator 11 il azadlıqdan məhrum edildi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Anti-Azərbaycan və anti-türk mövqeyi ilə məşhur olan ABŞ-nin Nyu Cersi ştatının keçmiş senatoru Bob Menendes rüşvət və korrupsiya ittihamlarında təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.
Ölkə.Az xəbər verir ki, Manhettendə federal məhkəmədə keçirilən iclasda hakim Sidney Stein Menendesin hökmünü elan edib.
Hakim Stein bildirib ki, Menendes vəzifəsindən sui-istifadə edərək xarici ölkələrə işləməklə yanaşı, qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobillər və digər rüşvətlər aldığı üçün 11 il həbs cəzasına məhkum edilib.
Hakim məhkəmədə çıxışında Menendes haqqında bunları deyib:
"Uğurlu idin, qüdrətli idin, siyasi sistemimizin zirvəsində dayandın. Amma yolunu azdın və ümumi rifah üçün çalışmaq əvəzinə öz şəxsi mənfəətin üçün çalışdın. Siz korrupsioner siyasətçi oldunuz".
71 yaşlı Menendes məhkəmə qərarından kövrələrək ağlayıb.
11 illik həbs cəzası ilə Menendes ABŞ tarixində ən uzun müddətə məhkum olunmuş keçmiş senator kimi tarixə düşüb.
Qeyd edək ki, məhkəmə rüşvət və korrupsiya ittihamları ilə mühakimə olunan ABŞ Senatının xarici əlaqələr komitəsinin keçmiş sədri və Nyu Cersi senatoru Menendesi 2024-cü il iyulun 16-da təqsirli bilərək, onu 16 ayrı-ayrı ittihamın hamısında günahkar olduğuna qərar verib. Məhkəmənin qərarından sonra Menendes 21 avqust 2024-cü ildə ABŞ Senatında 18 il, 7 ay və 4 gün olmaqla Nyu Cersi tarixində ən uzun müddət işləyən dördüncü senator vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















